Heydər Əliyevin tərcüməçisi niyə işdən qovulmuşdu? - Gizli qalan səbəb
1993–1999-cu illərdə mərhum dövlət başçısı Heydər Əliyevin köməkçisi və Prezident katibliyinin rəhbəri işləmiş Eldar Namazov dövlət çevrilişinə cəhddə ittiham olunan akademik Ramiz Mehdiyev barədə danışarkən digər maraqlı məlumatlar da açıqlayıb.
Eldar Namazov Yeni Azərbaycan TV-yə müsahibəsində vaxtilə Ramiz Mehdiyevin təbliğatını aparmış bır sıra şəxslərin cəzalandırıldığını bildirib. Onun sözlərinə görə, cəzalandırılanlar arasında bir sıra icra başçıları, eləcə də Prezident Aparatının keçmiş tərcüməçisi də olub.
"Hətta Prezident Aparatında belə təbliğat apardığına görə bir neçə adam cəzalandırıldı. Prezidentin tərcüməçisi vardı, sonra o, ölkəni tərk elədi", - deyən Eldar Namazov həmin tərcüməçinin adını çəkməyib.
"Yeni Sabah"ın məlumatına görə, Eldar Namazov Prezident Aparatından qovulan tərçüməçi deyəndə Rauf Hüseynovu nəzərə tutub. O, uzun illər Heydər Əliyevin tərcüməçisi olub.
Rauf Hüseynov Prezident Aparatında tərcüməçi kimi fəaliyyət göstərdiyi qısa müddətdə siyasi karyerasını irəlilədə bilmişdi. Belə ki, Prezident Heydər Əliyev onu Xarici əlaqələr şöbəsinə müdir müavini vəzifəsinə irəli çəkmişdi. Lakin indi məlum olur ki, Ramiz Mehdiyevin təbliğatına qoşulması gənc tərcüməçinin siyasi karyerasının sonlanması ilə nəticələnib.
Rauf Hüseynov haqqında yayılan xəbərlərə görə, o, hazırda xaricdə yaşayır.
Əslən Naxçıvandan olan Rauf Hüseynov 1990-cı illərin sonları – 2000-ci ilin əvvəllərində mərhum Prezident Heydər Əliyevin tərcüməçisi işləyib.
Xarici Dillər Universitetinin məzunu olan R.Hüseynov vaxtilə Prezident Heydər Əliyevin mühüm xarici səfərlərində onu müşayiət edib.
Rauf Hüseynov Prezident Heydər Əliyev 1997-ci ildə ABŞ-a çoxgünlük səfəri edəndə onun yanında olub.
O, həmin səfər zamanı Heydər Əliyevin ABŞ Prezidenti Bill Klintonla görüşündə tərcüməçilik etmişdi.
Rauf Hüseynovun hazırda xaricdə biznes fəaliyyətilə məşğul olduğu barədə məlumat var.
2000-ci illərin əvvəllərində Rauf Hüseynovun gözlənilmədən Prezidentin tərcüməçisi vəzifəsindən uzaqlaşdırılması və siyasət meydanında itib-batması çoxlarında suallar doğurmuşdu. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib