HƏYƏCAN TƏBİLİ: Spirtli içkilərdən zəhərlənib ölənlərin sayı artıb

HƏYƏCAN TƏBİLİ: Spirtli içkilərdən zəhərlənib ölənlərin sayı artıbMüvafiq qurumlar tərəfindən mütəmadi olaraq restoranlarda istər qida vasitələrinə, istərsə də alkoqollu və alkoqolsuz içkilərə nəzarət edilir, yoxlamalar aparılır. Belə yoxlamalardan biri də iki gün öncə paytaxtda yerləşən restoranlardan birində aparılıb və saxta alkoqollu içkilər aşkarlanıb. Bu içkilər insan sağlamlığı üçün hansı təhlükələri yaradır?
KONKRET.az xəbər verir ki, "Trend" ötən il məhz spirtli içkilərdən zəhərlənənlərin statistikasına nəzər salıb.
Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, 2024-cü il ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə alkoqoldan zəhərlənmə səbəbi ilə 64 nəfər qəbul edilib.
"Zəhərlənən şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Stasionar müalicələrdən sonra evə buraxılıblar", – deyə o əlavə edib.
Bəs spirtli içkilər nə vaxt zəhərlənmə yaradır?
Mövzu ilə bağlı danışan toksikoloq Aynur Məmmədova bildirib ki, spirtli içkilər əsasən miqdarından çox qəbul edildikdə zəhərlənmə verir.
"İnsanlar, daha çox kişilər, bunu nəzarətsiz qəbul edəndə əvvəlcə sərxoşluq, daha sonra zəhərlənmə halları baş verir. Spirtli içkidən zəhərlənmə zamanı insanlarda ürəkbulanma, qusma, huşun itməsi, qıcolma, təzyiqin qalxması kimi hallar olur. Hətta kəskin ürək-damar və tənəffüs çatışmazlığına kimi gətirib çıxara bilir. Əgər alkoqollu içki qəbul edən adamda qusma, kəskin baş ağrısı, ürək ətrafında ağrılar varsa, dərhal təcili tibbi yardıma müraciət edib onu xəstəxanaya çatdırmaq lazımdır. Spirtli içkidən zəhərlənən şəxslərə özbaşına yardım etmək olmaz. Çünki xəstələr huşsuz vəziyyətdə olanda qusma zamanı özünüidarəetməsi olmur və qusuntu kütləsi tənəffüs yollarına keçir. Bu zaman da tənəffüs çatışmazlığı yaranır. Hətta bu, xəstənin ölümünə qədər gətirib çıxara bilir. Təəssüf ki, biz xəstəxanada belə hallara daha çox rast gəlirik. Evdə süni olaraq qusmanı yaratmaq istəyəndə xəstə huşsuz vəziyyətdədirsə, çalışmaq lazımdır ki, xəstənin başını yan tərəfə çevirək. Başı arxaya tərəf qoymaq olmaz. Onda qusuntu kütləsi ağıza gəlir və tənəffüs yoluna düşür. Bu da ağır fəsadlar törədir və ölümə gətirib çıxara bilir", – o qeyd edib.
Həkim saxta alkoqollu içkilərdən istifadə zamanı yaranan fəsadlardan və onlardan qorunma yollarından da söz açıb:
"Bir ara bəzi xəstələrimiz olub ki, deyir içkinin ağzını açanda asan açıldı, əvvəlkindən fərqlidir, saxta olduğunu düşündüm. Belə olan hallarda fikir vermirlər, diqqətli olmurlar. Restoranlarda, yol qırağında olan kafelərdə buna daha çox rast gəlinir. Ona görə, məsləhətdir ki, şübhəli olan yerlərdə oturduqda, yaxşı olar ki, spirtli içkilərdən istifadə etməsinlər. Restoranlarda alkoqollu içkilərdən istifadə zamanı da tələb etməlidirlər ki, içki onların gözləri qabağında açılsın. Eyni zamanda, diqqət etməlidirlər ki, içki şüşələrinin üzərində aksiz markaları olsun, ağzı kustar üsullarla bağlanmış olmasın. İçkinin şəffaflığına da diqqət edilməlidir ki, çöküntüsü olmasın. Saxta spirtli içkilər mütləq ki seçilir. Bahalı içkilərin ucuz qiymətə təklif edilməsi də onun saxta olduğuna işarədir".
O əlavə edib ki, indi zəhərlənmə halları daha da artıb.
"Xüsusilə gənclər nəzarətsiz qalır, hansısa yığıncaqlarda alkoqollu içkidən istifadə edirlər. Buna görə də, ehtiyatlı olmaq lazımdır. Əlavə olaraq müxtəlif spirtli içkiləri qarışdıraraq içmək olmaz. Çox yaxşı olar ki, insanlar sağlam həyat tərzi sürmək üçün heç vaxt alkoqollu içkilərdən istifadə etməsinlər", – deyə toksikoloq vurğulayıb.
KONKRET.az

Sağlamlıq       Tarix: 27 yanvar 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA

Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir. Misofoniya müəyyən səslər

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir

Xəstəlik insan həyatının ən çətin sınaqlarından biridir. İnsan sağlamlığını itirdikdə ağrı, narahatlıq və qorxu ilə üzləşir, bəzən isə yaşadığı çətinliklərin səbəbini anlamağa çalışır. Xristian mənəvi ənənəsində xəstəli

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü

Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın

Bazarlarda göbələk mövsümünün başlaması ilə bu məhsula tələbat artır. Lakin göbələk alarkən diqqətsizlik istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Xüsusilə köhnəlmiş, düzgün saxlanılmamış və ya zəhərli növlərl

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR 

Akademik tibbə meydan oxuyan tibb bacısı: Elizabet Kenni necə məşhurlaşdı?. Heç düşünmüsünüzmü, yüksək elmi dərəcələri olmayan, lakin böyük şəfqətə, müşahidə qabiliyyətinə və akademik doqmalara qarşı çıxmaq cəsarətinə mali

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son görüntülər son xeber.az iqtisadiyyat xeberleri bugun son xeber 2026