Hicaba görə işə qəbul edilmədim deyirlər, amma araşdıranda...' - Müəllimlərin işə qəbulu ilə bağlı YENİ İDDİA

Hicaba görə işə qəbul edilmədim deyirlər, amma araşdıranda...' - Müəllimlərin işə qəbulu ilə bağlı YENİ İDDİA"2009-cu ildən indiyədək keçirilən müsabiqə və müsahibələrdə hicab taxaraq uğur əldə edən kifayət qədər iştirakçı var".
Bir neçə gündür ki, sosial şəbəkələrdə, xüsusən təhsillə bağlı səhifələrdə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsindən şikayətçi olan müəllimlərin paylaşımları yer alıb. Müsahibədə iştirak edib kəsilən iştirakçılardan bəziləri iddia edir ki, onlar hicab taxdıqlarına görə bilərəkdən kəsiliblər. Onların iddialarına görə, müsahibədən kənardan qalmalarına səbəb sırf hicab istifadə etmələridir.
 Hicaba görə işə qəbul edilmədim deyirlər, amma araşdıranda...' - Müəllimlərin işə qəbulu ilə bağlı YENİ İDDİAMəsələ ilə bağlı azxeber.com-a fikirlərini bildirən təhsil üzrə ekspert Kamran Əsədov qeyd edib ki, Azərbaycanda işə qəbul prosesində hicablılara qarşı hər hansı bir ayrıseçkilik yoxdur.
Ekspert bildirib ki, istənilən iştirakçı şikayəti əsasında apellyasiya şikayəti verə bilər:
Hicaba görə işə qəbul edilmədim deyirlər, amma araşdıranda...' - Müəllimlərin işə qəbulu ilə bağlı YENİ İDDİA"Birmənalı şəkildə qeyd edim ki, Azərbaycanda işə qəbul prosesində hicablılara qarşı hər hansı bir diskriminasiya, ayrıseçkilik yoxdur. Hazırda Təhsil Nazirliyinin 4432 orta ümumitəhsil məktəbində 151 min müəllim çalışır. Onlar arasında kifayət qədər hicab taxan və 2009-cu ildən indiyədək keçirilən müsabiqə və müsahibələrdə hicab taxaraq uğur əldə edən kifayət qədər iştirakçı var. Burada müsahibə mərhələsindən video çəkilişlər var. İştirakçıya verilmiş bütün suallar və onların cavabarı hər biri çəkilişlə arxivləşdirilib. Onlara imkan verilir ki, şikayəti versinlər. Nəticədə video yazılara baxılacaq". 
Ekspert bu iddialarla ona da müraciət edənlərin olduğun bildirib. Araşdırmaların nəticəsi isə bu cür olub:
"Mənə də bununla bağlı 4 şikayət daxil olub. Bildiriblər ki, biz hicab taxdığımız üçün bizim nəticəmiz qeyri-məqbul hesab edilib. Mən məsələni araşdırdım və məlum oldu ki, onlar Azərbaycan tarixi ilə bağlı, mədəniyyəti ilə bağlı, son dövrlər baş verən ictimai-siyasi hadisələrlə bağlı verilən suallara yetərli cavab verməyiblər. Onlardan birinə Lələtəpə ilə bağlı sual verilib, o, bu suala cavab verə bilməyib. Açıqlaması da belə olub ki, mənim ixtisasım bu deyil. Biz müəllimik, müəllimlər təbii ki, tarixçi deyillər. Amma Azərbaycanın gündəlik həyatında onun taleyüklü məsələləri ilə bağlı informasiyası olmalıdır".
Kamran Əsədov qeyd edib ki, imtahan və müsahibələrdə hər kəsə eyni tipli suallar verilir:
"Hazırda Azərbaycanda heç bir sahədə hicaba qadağa yoxdur. Hər kəsin din etiqad azadlığı var. Bu, onun təhsilalma məsələsini də hüdudlaşdırmır. Bizim ali və orta ixtisas təhsil müəssisələrində kifayət qədər tələbələrimiz var ki, hicabla dərsə gəlirlər. Orta ümumutəhsil müəssisələrində hətta birinci sinifdə belə hicabdan istifadə edənlər var. Azərbaycanda hicab qadağan deyil. Xüsusən, Təhsil Nazirliyinin həyata keçirdiyi imtahanlarda hicab istifadə edənlərə qarşı heç bir məhdudiyyət yoxdur. Hamıya eyni suallar verilir. Deyilən həmin o iddialar əsassızdır". 
Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasının 281 – "Dini etiqad azadlığı haqqında" qanunun 4-cü maddəsində Dini mənsubiyyətindən asılı olmayaraq şəxslərin hüquq bərabərliyi haqqında qeyd olunur:
"Hər kəs dini mənsubiyyətindən asılı olmayaraq qanun və məhkəmə qarşısında bərabərdir. Şəxsin dini mənsubiyyətinin rəsmi sənədlərdə göstərilməsinə yalnız onun arzusu ilə yol verilir. Öz dini əqidəsinə görə heç kəs qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edə və ya boyun qaçıra bilməz. Bir vəzifənin icrasının dini əqidəyə görə digər vəzifənin icrası ilə əvəz edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yol verilir".
Onu da qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanlamışıq. Nazirlikdən verilən məlumata görə, vətəndaşlar fərdi şikayətlərini Təhsil Nazirliyinə müraciət etməklə araşdıra bilərlər. 
Aydın Nuri

Sosial       Tarix: 22 aprel 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Taksi qiymətləri yaxın perspektivdə ucuzlaşacaq? - AÇIQLAMA

"Azərbaycanda taksi xidmətlərinin qiymətlərinin yaxın gələcəkdə aşağı düşəcəyi gözlənilmir. Hazırkı bazar şəraiti qiymətlərin daha çox artım istiqamətində dəyişəcəyini göstərir". xəbər verir ki, bunu -ə açıqlamasınd

Əhvalım çox pisdir - Ofeliya Sənani

Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar. xəbər verir ki, bunu -a açıqlamasında Xal

Kondisionerin gizli riskləri: Həkimlər nələrə diqqət etməyi tövsiyə edir?

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə xeyli artır. Mütəxəssislər bildirirlər ki, kondisionerin özü xəstəlik yaratmır, lakin ondan düzgün istifadə edilmədikdə və cihazın texniki baxımı vaxtınd

Azərbaycanda benzin bahalaşacaq? - Tarif Şurası qərar verə bilər

Dünyada enerji bazarlarında qeyri-sabitliyin davam etdiyi, bir sıra ölkələrdə yanacaq qiymətlərinin ardıcıl şəkildə artdığı bir vaxtda Azərbaycanda da benzinin bahalaşacağı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Qloba

Bakıda bu yollar 3 günlük bağlanacaq

Bakıda bu yollar bağlanacaq. AAYDA-dan -a bildirilib ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar frezlənmə və asfaltlanm

Dünya bazarında neft ucuzlaşmaqda davam edir

Qlobal enerji bazarlarında neftin qiyməti aşağı düşməkdə davam edir. KONKRET.azxəbər verir ki, son ticarət əməliyyatlarında Şimal dənizindən hasil olunan "Brent" markalı neftin bir barreli 77,62 dollara qədər ucuzlaşıb

Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQ

Qızdırma, baş ağrısı və əzələ ağrıları hər zaman mövsümi virus infeksiyasına işarə etmir. Bu qeyri-spesifik simptomlar bəzən ölümcül xəstəliklərin – Ebola qızdırması və hantavirus infeksiyasının ilkin əlamətləri ola bilər

Kanalda batan 23 yaşlı gəncin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətində

Belə maşınları alanların yanacaq xərci 80 faiz azalır - Açıqlama

Elektrikli avtomobillərin sayının sürətlə artması dünyada nəqliyyat sektorunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu tendensiya təkcə ekoloji baxımdan deyil, həm də iqtisadi, texnoloji və sosial sahələrdə mühü


son xeberler azerbaycan xeberleri yeni xeberler en sonxeber sonxəbər novruz bayramı cəbhədən xəbər