Hidrometeorologiya Xidmətinin rəisi havanın təzadlı keçməsinin səbəbini açıqladı

Hidrometeorologiya Xidmətinin rəisi havanın təzadlı keçməsinin səbəbini açıqladıİqlimşünas alimlər yüksək ehtimal ilə müxtəlif təbii fəlakətlərin artan tendensiyası barədə xəbərdarlıq edirlər, bunun səbəbi isə qlobal temperaturun artması, yerin kriosferindəki dəyişikliklərdir. Qütb və yüksək dağlıq bölgələrdə baş verən istiləşmə bütün planetə təsir edir. Bütün bu proseslər isə bizim regiondan da yan keçmir.
"Report"un xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, iyulun 4-də növbəti sel hadisəsi Quba rayonu ərazisində Vəlvələçayda müşahidə olunub:
"Eyni zamanda proseslərin lokal xarakter daşıması, kiçik bir ərazini əhatə etməsi, həmçinin çox intensiv olması bir daha diqqəti cəlb edir. Belə ki, dünən Qubanın mərkəzində olarkən leysan səbəbindən kəndlərin birində sel hadisəsinin baş verdiyini tam ehtimal etmək olmazdı. Bu sel, aprel ayının əvvəlindən bu günə qədər son illərin rekordlarını qıran sayca 83-cü sel hadisəsi olub".
Xidmət rəisinin sözlərinə görə, hətta bu ilin yazında Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, El Niño fenomeninin aktivləşməsi proqnozlaşdırılırdı:
"Bu, antropogen iqlim dəyişmələri fonunda baş verən təbii hadisədir ki, bu da qlobal temperaturun artmasına səbəb olur, mövsümi yağıntıların normalarına təsir edir və atmosfer havasını daha ekstremal edir. Artıq planetin tarixində bu ilin ən isti illərdən biri olacağı proqnozlaşdırılır. Bu səbəbdən bölgəmizdə isti hava dalğalı dövrləri də müşahidə olunacaq.
Bu il Ümumdünya Meteorologiya Konqresi sürətli iqlim, sosial və texnoloji dəyişikliklər dövrü üçün yeni, əsas strateji prioritetləri təsdiqləyib. ÜMT-in əsas məqsədi 2027-ci ilin sonuna qədər Yer kürəsində hər bir insanın Erkən Xəbərdarlıq Sistemləri vasitəsilə təhlükəli hava hadisələrindən qorunmasını təmin etmək üçün beynəlxalq kampaniyanın həyata keçirilməsi olacaq".
Nazim Mahmudovun sözlərinə görə, ölkəmizdə hidrometeoroloji xidmətin modernləşdirilməsi mərhələli şəkildə aparılır. Dövlət investisiyaları hesabına müşahidə şəbəkəsi avtomatlaşdırılır, eyni zamanda meteoroloji stansiyalarımızdan məlumatlar həm beynəlxalq, həm də regional məlumat mübadiləsinə ötürülür:
"Eyni zamanda, beynəlxalq əməkdaşlıq daha da genişlənir. Çoxillik tərəfdaşlarımız olan Türkiyə Meteoroloji Xidməti ilə yanaşı, Tvinninq layihələri çərçivəsində mütəxəssislərimiz Finlandiyanın qabaqcıl Meteoroloji Xidmətlərindən birində təlim keçirlər".
Xidmət rəisi onu da qeyd edib ki, bu ilin sonuna qədər yeni SmartMet platformasının işə salınması planlaşdırılır ki, bu da hava şəraiti ilə bağlı yenilənmiş proqnozlar və xəbərdarlıqların keyfiyyətini və əlçatanlığını artıracaq:
"Meteo.az saytı əhali üçün rəsmi məlumat mənbəyidir. Dopler radar məlumatlarına əsaslanan təhlükəli hidrometeoroloji hadisələrlə bağlı xəbərdarlıqların yenilənməsi də burada yerləşdirilir. Ümid edirik ki, gözlənilən hava şəraiti haqqında məlumatlar planlarınızı düzgün qurmağa kömək edəcək".

Sosial       Tarix: 05 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


son xeberler yeni xeberler azerbaycan xeberleri maliyye xeberler bugun kriminal butun xeberler cəbhədən xəbər