HİDROSEFALİYA - beyində mayenin yığılması

HİDROSEFALİYA - beyində mayenin yığılmasıMilli.Az saglamolun.az-a istinadən neyrocərrah Bəhruz Eyvazovun yazısını təqdim edir.
Hydrosephalus "hydro" - su və "sephalus" - baş sözlərinin birləşməsindən yaranır. Ümumiyyətlə beyində həddindən artıq mayenin yığılması kimi tanınır.
Burada qeyd olunan maye baş-onurğa beyin mayesi - "serebrospinal maye"dir. Bu mayenin həcminin beyin mədəciklərində artması kəllədaxili təzyiqin yüksəlməsi və beyini sıxaraq beyinə zərər verməsinə səbəb olur.
Serebrospinal maye normada gün ərzində davamlı olaraq yaranır və geri sorulur. Bu maye beyin və onurğa beynini əhatə edir və davamlı dövriyəyə malikdir.
Serebrospinal mayenin üç əsas vəzifəsi vardır:
- beyin və onurğa beyinə gələn zərbələrin zərərli təsirindən onları qorumaq,
- beynin qidalanması və artıq maddələrinin atılmasına yardım etmək,
- beyin və onurğa beyini arasında hərəkət etməklə beyində təzyiq dəyişikliklərini tənzimləmək.
Hidrosefaliya hər yaşda görülə bilər, lakin tez-tez uşaqlar və yaşlılarda (60 yaşdan çox) baş verir. Təxminən 500 uşaqdan birində hidrosefaliya olur. Bu xəstələrin əksəriyyətində diaqnoz doğuş zamanı, doğumdan əvvəl və ya erkən körpəlikdə qoyulur. Nadir hallarda genetik xəstəliklər və ya sonradan yaranan ola bilər.
Ümumi səbəblər:
- intrakranial qanaxmalar,
- baş travması,
- beyin şişləri,
- erkən doğuma bağlı hemorragiya
- infeksiya (meningoensefalit).
Əlamətlər
Hidrosefaliya əlamətləri insandan insana dəyişir. Yaş qruplarına görə ümumi nəticələr aşağıdakılardır:
Yenidoğulmuşlarda (0-2 ay): başın anormal böyüməsi, baş dərisinin nazikləşməsi, baş damarlarının nəzərəçarpan olması, qusma, narahatlıq, gözlərin aşağı baxması, tutmalar və ya ünsiyyət qabiliyyətinin pozulması.
Uşaqlarda (2 ay və yuxarı): başın anormal böyüməsi, baş ağrısı, ürəkbulanma, qusma, qızdırma, ikili görmə, narahatlıq, danışmada və yerimədə geridə qalma, ünsiyyət pozğunluğu, sensor-motor funksiyalarının itirilməsi, epileptik tutmalar.
Orta yaşlı yetkinlərdə: baş ağrısı, oyaq qalmada və ya oyanmada çətinliklər, balans pozğunluğu, sidik qaçırma, şəxsiyyət pozğunluğu, demensiya, görmə pozğunluğu.
Yaşlılarda: Ünsiyyət qurmada pozğunluqlar, gedişdə müvazinətin pozulması, xatırlama çətinlikləri, baş ağrısı, denemsiya, sidik qaçırma.
Hidrosefaliyası olan xəstələrdə həkim əvvəl ümumi baxış keçirir, müayinə və bəzi testlər (Kompyuter tomoqrafiya KT, Maqnit Rezonans Tomoqrafiya MRT, Beyin Ultrasonografiyası-neyrosonografiya) təyin edir. Hidrosefaliyanın diaqnozu və müalicə metodu bu testlərdən sonra qoyulur. Təkcə uşaqlarda başın böyük olması hidrosefaliya olduğunu göstərməz! Ancaq beyin görüntüləmə üsulları istifadə edilərək diaqnoz təsdiqlənir.
Hidrosefaliyanın müalicəsi
Hidrosefaliya xəstəliyinin dərmanlarla müalicəsi mümkün deyil. Hidrosefaliya yalnız beyin və sinir cərrahiyyəsi mütəxəssisləri-neyrocərrahlar tərəfindən cərrahi müdaxilələrlə düzəldilə bilər. Seçiləcək cərrahiyyə müdaxiləsinin növləri hidrosefaliyanın əsas səbəbinə görə dəyişir.
Serebrospinal mayenin dövranında bir maneə (tıxanma) varsa, tıxanıqlıq (şiş, kist və s.) cərrahi əməliyyatla aradan qaldırılır.
Beyində baş onurğa beyin mayesinin dövranında yollarda darlıq varsa, belə xəstələrə endoskopik cərrahi əməliyyat mümkündür.
Açıq hidrosefaliyada (yəni beyin mayesinin dövranında heç bir maneə yoxdur, problem beyin mayesinin daha çox əmələ gəlməsindədir) ancaq ventrikuloperitoneal şuntlama cərrahi əməliyyatı icra olunur.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 28 may 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan səhiyyəsi qlobal reytində son sıralardadır

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə 101 ölkə arasında 92-ci sırada qərarlaşıb. yenisabah-a istinadla xəbər verir ki, səhiyyə xidmətlərinin keyfiyyətinə dair hazırlanan reytinq siyahısında Azərbaycan 49 bal toplay

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Pomidor alarkən diqqətli olun: Tərkibindəki maddələr sağlamlığa zərər verə bilər

Payız-qış aylarında bazarlarda satılan pomidor və digər tərəvəzlərin təhlükəsizliyi yenidən müzakirə mövzusuna çevrilib. Mövsümdənkənar yetişdirilən məhsulların istehsalı zamanı istixanalarda kimyəvi gübrələrdən, pestisidlərdə

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur

Arıqlama iynələri, gəncləşmə vəd edən qida əlavələri və internet üzərindən satılan saxta dərmanlar… Əczaçılar son dövrlərdə sürətlə yayılan sağlamlıq təhlükələri ilə bağlı xəbərdarlıq ediblər. Xüsusilə nəzarətsiz istifad

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki


azerbaycan xeberleri yeni xeberler son xeberler butun xeberler sosial yardim xeberler bugun son xeberler bugun 2026 azerbaycan