Hikmət Hacıyev: 4000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır
İtkin düşmüş şəxslər məsələsi Ermənistan–Azərbaycan münaqişəsinin ən ağrılı humanitar nəticələrindən biri olaraq qalır.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" də bildirib.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsindən 30 ildən çox vaxt keçməsinə baxmayaraq, 4 009 Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır.
Hikmət Hacıyev qeyd edib ki, minlərlə ailə yaxınlarının taleyi və harada olması barədə məlumat almaq kimi fundamental hüquqdan məhrum şəkildə qeyri-müəyyənlik içində yaşamağa davam edir.
Prezidentin köməkçisi vurğulayıb ki, davam edən axtarış, qazıntı və identifikasiya işləri nəticəsində 889 insan qalıqları ekshumasiya edilib, 313 itkin şəxsin kimliyi DNT və məhkəmə-tibbi analizlər vasitəsilə müəyyən olunub, 226 nəfərin qalıqları isə dəfn üçün ailələrinə təhvil verilib.
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 32 kütləvi məzarın aşkarlanması humanitar faciənin miqyasına dair əlavə sübutlar təqdim edir və itkin şəxslərin taleyinin aydınlaşdırılması üçün davamlı əməkdaşlığın zəruriliyini göstərir. İtkin düşmüş şəxslər məsələsinin həlli yalnız humanitar öhdəlik deyil. Bu, həm də ədalət, insan ləyaqəti, barışıq və davamlı sülh məsələsidir. Müəyyən edilən hər bir şəxs bir ailəni yaxınına yaxınlaşdırır. Tapılan hər bir insan qalığı həqiqətin bərpasına və yaddaşın qorunmasına xidmət edir", - Hikmət Hacıyev əlavə edib. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK