Hikmət Hacıyev: "Avropa Parlamentinin qərarı diplomatik rüsvayçılıqdır"

Hikmət Hacıyev: Avropa Parlamentinin qərarını yalnız bir sözlə diplomatik rüsvayçılıq və diplomatik iflas adlandıra bilərik.
KONKRET.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təəssüflər ki, Avropa Parlamenti tərəfindən belə bir siyasət yürüdülür:
"Birinci onu qeyd edək ki, Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan Respublikası üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının bu təsisat qarşısında heç bir öhdəliyi yoxdur.
İkincisi, Avropa Parlamenti bir təsisat olaraq bu kimi məsələlərdə mövqe bildirməyə xüsusi mandatı olan təşkilat da yoxdur. Bu məsələdə açıq demək lazımdır ki, Avropa İttifaqının parlament institutuna kim tərəfindən və yaxud da hansı dövlətlər tərəfindən belə bir mandat verilib ki, onlar Avropa İttifaqının hüdudları xaricində olan bölgələr və yaxud da ölkələr, onların problemləri haqqında belə bir fikirlərlə çıxış etsinlər? Ona görə də bütövlükdə bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur.
Amma bu nəyin göstəricisidir? Azərbaycan Respublikası bölgədə davamlı sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində ciddi addımlar atır. Gördüyünüz kimi, Ermənistan-Azərbaycan normallaşma prosesində sülhün iqtisadi faydalarının formalaşması istiqamətində, Ermənistanın enerji təhlükəsizliyinə töhfə istiqamətində Azərbaycan tərəfindən ciddi addımların atıldığı şəraitdə və Azərbaycan Respublikası Baş nazirinin müavininin Ermənistana səfərindən bir gün keçməmiş Avropa İttifaqı tərəfindən belə bir rüsvayçı, diplomatik rüsvay adlandırıla biləcək qətnamə qəbul edilir.
Bununla da Avropa İttifaqı Parlamentində olan bu şəxslər başa düşməlidirlər ki, onlar bilavasitə sülh prosesinə əngəl yaradırlar. Onların törətdiyi addımları biz pozuculuq, provokasiya və regionu yenidən müharibələrə, gərginliklərə sürükləmək addımı kimi biz bunu qiymətləndirə bilərik. Və bu Ermənistanla Azərbaycan – gördüyünüz kimi bu günləri hər iki dövlət Vaşinqton sammitində qəbul edilmiş qərarların ruhuna uyğun olaraq addımlar atır".
H.Hacıyev vurğulayıb ki, burada təşəbbüs məhz Azərbaycan Respublikasının əlindədir, ölkəmiz sülh gündəliyini irəli aparır:
"Amma yenə də təəssüflə qeyd etməliyik ki, Avropa Parlamenti tərəfindən belə addımların atılmasıdır. Və bu azərbaycanofob, islamofob təfəkkürlə çıxış eləyən müxtəlif siyasi qruplaşmalardır ki, bu mövqedə dururlar.
Təkrar qeyd edim ki, bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur, amma yenə də biz diplomatik kanallarla bu məsələdə öz qəti mövqeyimizi bildirdik. Azərbaycan Respublikasının Milli Məclisindən bu gün mətbuata verilmiş məlumatda bu öz təsdiqini tapdı ki, Avropa Parlamenti ilə bütün əlaqələri dayandırdılar. Bu bütövlükdə o sualınızla da mən razıyam ki, Avropa İttifaqının Cənubi Qafqaz siyasətinə də vurulmuş bir zərərdir".

Siyasi       Tarix: 02 may 2026
f Paylaş

Oxşar xəbərlər

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeberler en sonxeber en son xeberler bu gun kriminal bugun