Hikmət Hacıyev: 'Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib
"Minalar Ermənistan-Azərbaycan münaqişəsinin ən ağır miraslarından biri olaraq qalır və aktiv hərbi əməliyyatlar başa çatdıqdan uzun müddət sonra da insan həyatına son qoymağa davam edir".
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında bildirib.
O bildirib ki, 2020-ci il noyabrın 10-dan etibarən Azərbaycanda mina partlayışları nəticəsində 427 nəfər mina qurbanı qeydə alınıb:
"Onlardan 73 nəfər həlak olub, 354 nəfər yaralanıb. Zərərçəkənlər arasında 231 mülki şəxs var. 1991-ci ildən bu günədək mina qurbanlarının ümumi sayı 3 500 nəfəri keçib. Onların arasında 362 uşaq və gənc, eləcə də 38 qadın var.
Ağır humanitar nəticələrlə yanaşı, genişmiqyaslı mina çirklənməsi məcburi köçkün ailələrinin təhlükəsiz şəkildə qayıtmasına, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına, iqtisadi inkişafa və kənd təsərrüfatının bərpasına ciddi maneə olaraq qalır. Aşkarlanaraq zərərsizləşdirilən hər bir mina təkcə potensial olaraq bir insan həyatını xilas etmir, eyni zamanda, bərpa prosesinə doğru atılmış mühüm addım deməkdir.
Mina təmizlənməsi təkcə təhlükəsizlik məsələsi deyil, həm də humanitar zərurət və dayanıqlı yenidənqurma ilə inkişafın təmin olunması üçün vacib şərtdir". / azxeber.com

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK