Hikmət Hacıyev: "Bakı Qarabağ separatçılarına mümkün amnistiyanı nəzərdən keçirir
"Bəzi hərbi birləşmələr müqavimət göstərməkdə davam edəcəklərini bildirsələr də, Bakı silahı yerə qoyan Qarabağ separatçılarına mümkün amnistiyanı nəzərdən keçirir".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters" agentliyinə açıqlamasında deyib.
"Hətta keçmiş hərbi qulluqçulara və komandirlərə - əgər onları belə təsnif etmək mümkündürsə - onlar üçün də amnistiyanı nəzərdən keçiririk və ya təklif edə bilərik",- o bildirib.
H.Hacıyev qeyd edib ki, hazırda bəzi ayrı-ayrı hərbi qruplaşmalar və komandirlər Bakının şərtlərini qəbul etməyəcəklərini və müqaviməti davam etdirəcəklərini açıq şəkildə bəyan ediblər.
Prezidentinin köməkçisi əlavə edib ki, Qarabağın erməni əhalisi humanitar yardım istəyib. Onun sözlərinə görə, ərzaq və zəruri ləvazimatlar cümə günü əraziyə çatdırılacaq.
O vurğulayıb ki, Azərbaycan Qarabağın erməni sakinlərinin sülh yolu ilə reinteqrasiyasını istəyir. / azxeber.com

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ