Hikmət Hacıyev: "Bu günə qədər Ermənistanın hərəkətlərində beynəlxalq hüququn aliliyi təmin olunmayıb

Hikmət Hacıyev: "Bu günə qədər Ermənistanın hərəkətlərində beynəlxalq hüququn aliliyi təmin olunmayıbHikmət Hacıyev: "Bu günə qədər Ermənistanın hərəkətlərində beynəlxalq hüququn aliliyi təmin olunmayıb"
Real faktlar ondan ibarətdir ki, erməni silahlı qüvvələri Ermənistan ərazisində olan hərbi hissələrindən, raket-artilleriya bazalarından Azərbaycanın şəhərlərinə qarşı hücumlar həyata keçirirlər.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələri və hərbi attaşelərə Ermənistanın Gəncəyə raket hücumları ilə bağlı məlumat verərkən bildirib.
O, Gəncədə təşkil etdiyi mətbuat konfransında bunları bildirib:
"Oktyabrın 4-dən etibarən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə hücumlar baş verib, bunların nəticəsində də mülki əhali arasında həlak olanlar və yaralananlar olub. Bir həftə bundan öncə də Gəncə şəhərində əhalinin ən sıx, ən kompakt məskunlaşdığı əraziləri Ermənistan silahlı qüvvələri ən təhlükəli raketlərdən biri olan "Scud" tipli operativ-ballistik raketlərlə atəşə tutmuşdu. Bu azmış kimi onlar növbəti hücumu da bu gün gecəyarısından sonra həyata keçirdi. Bugünkü hücumda raketlərdən ikisi müki əhalinin ən çox yaşadığı əraziyə düşüb və orada ağır fəsadlar törədib. İnsanların şəxsi mülkiyyətinə zərər dəymiş, ən faciəlisi isə odur ki, günahsız mülki insanlar həlak olmuşdur.
Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış stendlərdən də bilinir ki, həmin ərazilər əhalinin ən sıx məskunlaşdığı məntəqələrdir. Burada hər hansı bir hərbi obyekt, hərbi zərurət yoxdur, erməni silahlı qüvvələri hərbi peşəkarlıq prinsiplərindən kənara çıxaraq sırf mülki əhaliyə zərər yetirmək məqsədilə bu hücumları təşkil edib.
Beynəlxalq Humanitar Hüquq əsasında ermənilərin bu əməlləri müharibə cinayəti kimi qiymətləndirilməlidir. Bu, mülki əhaliyə qarşı həyata keçirilən terror siyasətidir. Bu, 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı faciəsindən sonra Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı keçirdiyi soyqırım, kütləvi təmizləmə əməliyyatlarının fərqli məzmunda, başqa formada, yəni raketlər vasitəsilə həyata keçirilməsidir. Biz bunu kəskin şəkildə qınayırıq və beynəlxalq ictimaiyyəti də kəskin şəkildə qınamağa çağırırıq.
Ermənistana qarşı siyasi-diplomatik təzyiqlərin olmaması, onların bu əməllərinin qınanılmaması erməniləri yeni-yeni cinayətlərə sövq edir. Əgər cinayət varsa, cəza da olmalıdır. Təkcə ölkədaxili, insanlararası münasibətlərdə deyil, dövlətlərarası münasibətlərdə də hüququn aliliyi qorunmalıdır. Təssüf hissi ilə qeyd etməliyik ki, bu günə qədər Ermənistanın Azərbaycana qarşı hərəkətlərində beynəlxalq hüququn aliliyi təmin olunmayıb. Bunun da müqabilində Ermənistan bugünkü əməllərini, cinayətlərini törətməkdə davam edir.
Biz bu faktları beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Həqiqəti, faktı hamıya çatdırmaq lazımdır. Hansı ölkə nə kimi reaksiya verəcək, necə qarşılayacaq, hər bir ölkə öz vicdanı ilə qərar verir. Bizim borcumuz isə aidiyyəti üzrə bütün ictimaiyyətin diqqətini bu faktlara cəlb etməkdir. Bunu Ermənistan tərəf də yaxından müşahidə edir, onlar da görürlər ki, törətdikləri cinayətlər cavabsız qalmır. Bu cür səfərlərin təşkil olunması, addımların atılması bizim gələcəkdəki hüquqi bazamızın formalaşdırılmasına təsir edəcək. Bütün faktlar yerində görünür, sənədləşdirilir, qeydə alınır". /oxu.az

Siyasi       Tarix: 17 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler dunyada son xeberler bugunun xeberleri xəbər en son xeber