Hikmət Hacıyev: COP29 Azərbaycan üçün həm çağırış, həm də fürsətdir

Hikmət Hacıyev: COP29 Azərbaycan üçün həm çağırış, həm də fürsətdirBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Global Times" qəzetinə müsahibəsində deyib.
O vurğulayıb ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi və beynəlxalq ictimaiyyətdən dəstək alması bir daha beynəlxalq ictimaiyyətin rəsmi Bakıya olan hörmət və etimadını göstərir.
"Qalıq yanacaq ixrac edən ölkə kimi Azərbaycan yerli, regional və qlobal səviyyədə mövcud keçid layihəsini və gündəmini həyata keçirmək üçün güclü iradə və qətiyyət nümayiş etdirib. İqlim dəyişikliyi hər kəs üçün əsas problemdir və qlobal ictimaiyyətin buna qarşı səylərini birləşdirməsi vacibdir. Azərbaycan COP danışıqlar prosesinin bütün fundamental aspektləri üzrə qlobal səviyyədə daha çox həmrəylik və konsensusa nail olmağı hədəfləyir. Azərbaycan həmçinin "Qlobal Şimal" və "Qlobal Cənub" arasında anlaşma və həmrəylik yaratmağa çalışır",- Prezident köməkçisi söyləyib.
H.Hacıyev vurğulayıb ki, COP29-un uğur qazanması üçün təkcə ev sahibi ölkə kimi Azərbaycan deyil, bütün beynəlxalq ictimaiyyətin bərabər öhdəliyə sahibdir: "Ev sahibi ölkə kimi Azərbaycan COP29-un mövzusu olan real iqlim maliyyəsi gündəmini inkişaf etdirməyə çalışacaq".
Azərbaycanın COP29-un inklüziv olmasını və həssas icmalar başda olmaqla bütün səslərin eşidilməsinin necə təmin edəcəyi məsələsinə gəlincə, şöbə müdiri bildirib ki, COP29-da inklüzivlik prioritetlərdən biridir:
"Biz hamının daha yaxın və fəal iştirakını təmin etmək üçün bir çox beynəlxalq platforma və qurumlarla işləyəcəyik. Bu baxımdan beynəlxalq ictimaiyyət kiçik ada ölkələrinə xüsusi önəm verməlidir. Azərbaycan gündəlik həyatlarında praktiki problemlərlə üzləşən kiçik ada dövlətləri ilə artıq təmas qurmağa başlayıb. Qlobal Cənub ölkələri kimi onlar da iqlim dəyişikliyinin dərhal nəticələrini görə bilərlər. Qrup 77 (G77) və Çin öz səslərinin eşidilməsini təmin etmək istəyən Qlobal Cənub ölkələrini təmsil edir. Biz həmçinin Qlobal Şimal ölkələri ilə sıx əməkdaşlıq edəcək və Qlobal Şimal və Qlobal Cənub arasında daha çox dialoq və həmrəyliyə töhfə verəcəyik. Bundan əlavə, biz beynəlxalq QHT-lərə və beynəlxalq media ilə fəal əməkdaşlığa açığıq".
Prezident köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan COP29-un fundamental məsələləri üzrə bütün tərəflərlə dialoqa və əlaqəyə açıqdır:
"COP qlobal səydir və biz COP-u hamı üçün daha açıq və başa düşülən etmək məqsədilə beynəlxalq media ilə yaxından işləməyi səbirsizliklə gözləyirik. Azərbaycan COP ilə bağlı ictimaiyyəti daha çox məlumatlandırma kampaniyalarının həyata keçirilməsini, əsas gündəliyə dair inklüzivliyi və şəffaflığı təmin etmək istəyir.
Azərbaycan COP29-un fundamental məsələləri üzrə bütün tərəflərlə dialoqa və əlaqəyə açıqdır. Çin Xalq Respublikası dünyanın aparıcı dövlətlərindən biridir. Ona görə də danışıqlar prosesində Çinin mövqeyini anlamaq üçün ilkin məsləhətləşmələrin və müzakirələrin aparılması bizim üçün çox vacibdir".Report

Siyasi       Tarix: 27 mart 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

TƏCİLİ! Rusiyadan Ermənistana ŞOK HƏDƏ - Ordu yeridilir?

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moldova və Ermənistanın hazırkı xarici siyasət kursu ilə bağlı kəskin bəyanat yayıb. xəbər verir ki, Medvedev Qərb hərbi blokunun Rusiya sərhədlərinə yaxınlaşma

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. xatırladır ki, Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərb

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı

Prezident İlham Əliyevlə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək

Sabah Azərbaycandan Ermənistana ümumi miqdarı 971.392 ton olan 18 vaqon A-92 markalı avtomobil benzini və 466.515 ton olan 8 vaqon dizel yanacağı göndəriləcək. Bu barədə -a "Azərbaycan Dəmir Yolları" QSC-dən məluma

Trampın keçmiş köməkçisindən ŞOK ETİRAF - Həbs edilə bilər

ABŞ prezidenti Donald Trampın kəskin tənqidçisi, Ağ Evin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton məxfi sənədlərlə bağlı cinayət işi üzrə günahını etiraf edib. xəbər verir ki, cümə günü Merilend ştatının federa

SEPAH-a casusluq edən Türkiyə vətəndaşı saxlanıldı - Görün nələr törədib

Monteneqro polisi və ABŞ Federal Təhqiqat Bürosunun (FBI) birgə əməliyyatı nəticəsində Kotor kurort şəhərində 39 yaşlı İran və Türkiyə vətəndaşı saxlanılıb. xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanıla

Siyasi əməkdaşlıq uğurların təməlidir

Ayişə İsgəndərova. Göygöl şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Azərbayca

Ərdoğan: NATO sammitində Trampla təkbətək görüş ehtimalı yüksəkdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında təkbətək görüş planlaşdırılır. Bu barədə Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib. "NATO sammitində Donald Trampla təkbətə

Azərbaycan səfiri Qazaxıstanın "Dostık" ordeni ilə təltif olunub

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan səfiri Ağalar Atamoğlanovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. KONKRET.azölkənin Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumat


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler xeberler bu gun bu gune olan xeberler krimnal bugun