Hikmət Hacıyev: "Düşmən döyüş meydanındakı acizliyinin qisasını xaincəsinə dinc əhalidən çıxır" - FOTO
Hikmət Hacıyev: "Düşmən döyüş meydanındakı acizliyinin qisasını xaincəsinə dinc əhalidən çıxır" - FOTO
Mənfur düşmən döyüş meydanındakı zəifliyinin, acizliyinin qisasını xaincəsinə Azərbaycanın dinc sakinlərindən alır.
Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bu sözləri diplomatik korpus nümayəndələri və hərbi attaşelərlə Gəncəyə yollanan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bir həftə bundan öncə və daha əvvəlki günlərdə də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə xain hücum həyata keçirib:
"Onlar bu məqsədlə raketlərdən istifadə edirlər. Birinci dəfə olduğu kimi, bu dəfə də düşmən Gəncə şəhərini SCUD raketlərindən atəşə tutdu. Məqsəd kütləvi şəkildə dinc əhalinin ölümünə səbəb olmaqdır. Düşmən Gəncə sakinləri ilə yanaşı, Azərbaycan xalqı arasında təşviş yaratmağa çalışır. Amma ermənilər bu istəklərinə nail ola bilməyəcəklər. Azərbaycan xalqının qəti əzmi var və biz Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan torpaqlarını işğaldan azad etmək istəyirik.
Ermənilər mənfur cinayətlərini gizlətmək üçün beynəlxalq ictimaiyyəti aldatmaq, yalan məlumatlar yaymağa davam edirlər. Bu gün biz Azərbaycan Respublikasında akkreditasiya olunan səfirliklər əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələrinə, hərbi atteşelərə təşəkkür edirik. Onlar bizimlə birlikdə Ermənistanın xain və alçaqcasına, şərəfsizcəsinə Gəncədə törətdiyi cinayətlə yerində tanış oldular. Biz bir həftə əvvəl də bənzər faciə ilə Gəncəyə gəlmişdik. Beynəlxalq ictimaiyyət növbəti dəfə Gəncədə baş verən faciənin şahidi oldu. Onlar da bunu görür və öz ölkələrinə də bu barədə məlumat verəcəklər".
H.Hacıyev eyni zamanda Gəncə sakinlərinə ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın başsağlığı diləklərini çatdırıb, yaralananların tez zamanda şəfa tapmasını diləyib.









Fərdin İsazadə
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."