Hikmət Hacıyev ermənilərin basdırdığı minanın qurbanı olmuş qonur ayının görüntüsünü yayıb - FOTO
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın mina terroru barədə növbəti paylaşım edib.
H.Hacıyev özünün "X" hesabındakı paylaşımında qeyd edib ki, Azərbaycan torpaqlarında yerləşdirilmiş milyonlarla minanın qurbanı təkcə insanlar yox, həmçinin həmin bölgənin faunasıdır.
"Danışan şəkillər! Azərbaycanın işğaldan azad edilmiş Laçın rayonunda minanın partlaması nəticəsində həlak olan qonur ayının balasının qalıqları.
Partlayış ərazisindən toplanmış minaların etiketləri onların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu göstərir.
Ermənistan əvvəl işğal altında saxladığı Azərbaycan torpaqlarında milyonlarla mina basdırıb ki, bu minalar dinc əhalinin və vəhşi heyvanların həyatını təhlükə altına almaqda davam edir" - H.Hacıyev paylaşımında qeyd edib. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi