Hikmət Hacıyev: Qarabağda mina problemi ən ciddi humanitar çağırış olaraq qalır

Hikmət Hacıyev: Qarabağda mina problemi ən ciddi humanitar çağırış olaraq qalırQarabağda mina problemi ən ciddi humanitar çağırış olaraq qalır.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpusun nümayəndələri qarşısında çıxış edərkən deyib.
O bildirib ki, Azərbaycan postmünaqişə dövründə həyata keçirilən yenidənqurma prosesinə görə dünyada nadir nümunələrdən biridir: "Azərbaycan öz maliyyə imkanları, institusional və inzibati potensialı hesabına işğaldan azad edilmiş əraziləri yenidən qurur. Hazırda doqquz şəhərin və yüzlərlə yaşayış məntəqəsinin tikintisi prosesi davam edir".
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan şəhərsalma və postmünaqişə bərpası sahəsində topladığı təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməyə hazırdır: "Biz öz təcrübəmizi, qarşılaşdığımız çətinlikləri bölüşməyə və şəhərsalma sahəsində yeni biliklər əldə etməyə hazırıq".
O vurğulayıb ki, Qarabağda ən ciddi problemlərdən biri mina təhlükəsidir: "1,5 milyondan çox mina bu ərazilərə yerləşdirilib. Bu, Azərbaycan ərazisinin təxminən 12-13 faizini əhatə edir. Təəssüf ki, bəzi ərazilərə mina təhlükəsinə görə giriş mümkün deyil".
Prezidentin köməkçisinin sözlərinə görə, minatəmizləmə böyük maliyyə və insan resursları tələb edən həyati əhəmiyyətli missiyadır: "Bu, insanların həyatını xilas edən missiyadır. Minatəmizləyən mütəxəssislər böyük risk altında çalışırlar".
Hikmət Hacıyev deyib ki, 2020-ci ildən bəri mina partlayışları nəticəsində ölən və yaralananların sayı 400-ü keçib: "Dinc sakinlər mina partlayışları nəticəsində həyatını itirir və yaralanır".
Prezidentin köməkçisi, həmçinin, itkin düşmüş şəxslər probleminin hələ də açıq qaldığını diqqətə çatdırıb: "Biz hələ də 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı cavab ala bilməmişik. Kütləvi məzarlıqları və şahidləri axtarmağa davam edirik".
Hikmət Hacıyev bu məsələ ilə bağlı Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinə də müraciət edib: "Mən Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən dəstək istəmişəm ki, 30 ildən çoxdur yaxınlarından xəbər gözləyən ailələr müəyyən məlumat əldə edə bilsinlər".
Sonda o əlavə edib ki, Azərbaycan regionda davamlı sülhün təmin olunması və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək. / azxeber.com

Siyasi       Tarix: 01 may 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeberler en sonxeber en son xeberler bu gun kriminal bugun