Hikmət Hacıyevdən Turala diplomatiya və media dərsi - Hacıbəy Heydərli yazır

Hikmət Hacıyevdən Turala diplomatiya və media dərsi - Hacıbəy Heydərli yazırHacıbəy Heydərli, 
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Almaniyada "Azad söz" kanalının rəhbəri, bloqer Tural Sadıqlıya verdiyi cavab media və sosial şəbəkələrin gündəmini zəbt edib.
Milli Mətbuat Günü ərəfəsində bu dialoqda mənim üçün iki diqqətçəkən məqam oldu.
Onlardan biri özünü jurnalist kimi təqdim edən Tural Sadıqlıya hörmətli Hikmət müəllimin verdiyi cavab idi.
O, açıq şəkildə bildirdi:
"Siz özünüzə jurnalist deyirsiniz, ancaq sizin fəaliyyətiniz jurnalistika deyil. Müəyyən mənada bloqosfer fəaliyyəti ola bilər."
Düşünürəm ki, bu fikirlər təkcə bir şəxsə ünvanlanmış cavab deyil, həm də peşəkar jurnalistikanın mahiyyəti ilə sosial mediada ağlına gələni paylaşan və yazan şəxslərin fəaliyyəti arasındakı fərqi ortaya qoyan prinsipial yanaşmadır.
Jurnalistika yalnız fikir bildirmək və ya informasiya paylaşmaq deyil. Jurnalistika faktlara söykənən, etik prinsiplərə əsaslanan, cəmiyyət qarşısında məsuliyyət daşıyan peşə fəaliyyətidir. Bloqosfer isə daha çox şəxsi mövqeyin və subyektiv yanaşmanın ifadə olunduğu platformadır. Təəssüf ki, Avropada yaşayan bəzi blogerlərin sayəsində bu mühitdə çox vaxt söyüş, təhqir, şantaj və böhtan da fəaliyyət üsuluna çevrilir.
Bu baxımdan Hikmət müəllimin mövqeyi peşəkar mediaya, jurnalistikanın standartlarına və bu peşənin nüfuzuna verilən dəyərin ifadəsi kimi qiymətləndirilə bilər.
Eyni zamanda Hikmət Hacıyevin bloqerə dediyi "Mən medianı izləyirəm, ancaq siz media deyilsiniz" sözləri də azad söz anlayışından təhqir, təhdid və şantaj vasitəsi kimi istifadə edənlərə verilmiş sərt cavab idi.
Həmçinin, "Verilişlərinizə çox vaxt ayırmıram, səmimi deyim. Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır, elə deyil" fikirləri qarşısında özünün yaratdığı kiçik informasiya mühitində gündəm formalaşdırdığını düşünən Tural Sadıqlı olduqca çəlimsiz və aciz görünürdü. Çünki bu dəfə qarşısında arxasından istədiyini deyə bildiyi klaviatura və kompüter yox, Zəfər qazanmış ölkənin hazırcavab diplomatı və dövlət rəsmisi dayanmışdı.
Dialoqda ən diqqətçəkən məqam isə Hikmət Hacıyevin Tural Sadıqlıya ünvanladığı bu sözlər oldu:
"Həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir. O statusda yaşayan insanlara mənim yazığım gəlir."
Bu ifadə əslində özünə hörmət edən hər bir insan üçün son dərəcə ağır ittihamdır. Çünki Vətənə xəyanət təkcə hüquqi məsuliyyət doğuran əməl deyil, həm də vicdan qarşısında ən ağır mənəvi yük hesab olunur. Belə bir ittiham normal halda insanı ciddi şəkildə narahat etməli, öz mövqeyini izah etməyə vadar etməlidir.
Ancaq Tural Sadıqlının reaksiyası tam əksini göstərdi. O, bu sözləri sakitliklə qarşıladı. Çünki görünən odur ki, onun üçün belə ittihamlar artıq nüfuzuna zərbə deyil, əksinə, xaricdəki havadarlarının gözündə daha "hörmətli" və "yararlı" görünmək üçün əsl dividentdir. Tural Sadıqlı bu sözü olduqca normal qarşıladı. Çünki Vətəninə, Dövlətinə qarşı yönələn mövqedən siyasi və ya maliyyə dividenti əldə etməyə çalışanlar üçün bu cür ittihamlar utanc mənbəyi deyil, fəaliyyətlərinin nəticəsi kimi qəbul edilir. / azxeber.com

Siyasi       Tarix: 22 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

"Heqset belə düşünməkdə yanılır" - Zelenskidən vacib etiraf

Prezident Volodimir Zelenski bildirib ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü məsələsinin həll olunduğunu düşünməkdə yanılır. xəbər verir ki, Zelenski ABŞ tərəfində

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun bugünki xəbərlər krimnal xeber axsam.az xeberler