Hindistanda koronavirusdan qorunmaq üçün bu dərman təsdiqlənib

Hindistanda koronavirusdan qorunmaq üçün bu dərman təsdiqlənibHindistanın COVID-19-la Milli Mübarizə Mərkəzi Hidroksixloroxin dərmanını koronavirus xəstəliyinin profilaktikası üçün təsdiqləyib.  Məlumata görə, həmin ölkədə dərman bəlli qruplarda, məhdud qaydada, SARS-CoV-2 infeksiyasından qorunmaq üçün profilaktik məqsədlə istifadə oluna bilər.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bu barədə dermatoloq, uzman həkim Mehdi İskəndərli sosial şəbəkədə məlumat yayaraq hidroksixloroxin dərmanının əsasən iki qrup populasiyada istifadəsinə icazə verildiyini açıqlayıb:
1.Təsdiqlənmiş və ya şübhəli qəbul edilən COVID-19 xəstəsi ilə təmasda olan tibbi personallara
2.Təsdiqlənmiş və ya şübhəli qəbul edilən COVID-19 xəstəsinin təmasda olduğu yaxın qohumlarına
Mütəxəssis Hindistanın COVID-19 ilə Milli Mübarizə Mərkəzinə istinadən vurğulayıb ki, xinin preparatlarının istifadəsində əsas məqsəd bu iki qrup insanların SARS-CoV-2 virusunun inkubasiya perioduna girmədən onları qorumaqdır. Hidroksixloroxin dərmanının dozası isə həkim tərəfindən təyin edilir və 3-7 həftə boyunca qəbul edilir. 15 yaşından aşağı uşaqlarda istifadəsi qadağan edilib. Retinopatiya olanlarda istifadəsi əks göstərişdir. Cünki, bu dərmanın korluq yaratma kimi ciddi yan təsiri vardır. Hidroksixloroxin dərmanı COVID-19 profilaktikası zamanı istifadə edilsə də, xəstələrə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi ümumi gigiyena və qoruyucu qaydalara da paralel şəkildə əməl edilməsi məsləhət bilinir.
Hindistanın COVID-19 ilə Milli Mübarizə Mərkəzinin qərarına əsasən, bu dərmanın yalnız apteklərdən həkim resepti ilə alınması mümkündür. Sıravi vətəndaşlara ciddi yan tərislərinə görə həkim resepti olmadan satılması və istifadəsi yasaqlanıb. Hidroksixloroxin dərmanı yalnız məhdud, riskli qruplarda istifadəsinə icazə verilir. Kütləvi şəkildə, COVID-19 riski omayanlarda qorumaq məqsədi ilə istifadəsi qadağandır.
Dermatoloq qeyd edib ki, hidroksixloroxin preparatı yeni dərman deyil. Bu dərman 1955-ci ildə FDA tərəfindən qırmızı qurd eşənəyi, revmatoit artritin müalicəsi üçün təsdiq edilib. Dərman bir çox dəri xəstəlikləri üşün tez-tez təyin edilir. Lakin, son zamanlar dərmanın antivirus özəlliyi də ortaya çıxıb. Belə ki, COVID-19 xəstəliyi ilə mübarizə sırasında bir sıra xəstələrdə bu dərmanın antivirus tərəfini müşahidə ediblər. Məlumatlara görə, bu, xəstəlik müddətini qısaldır.
Xatırladaq ki, Fransa alimləri də koronavirusa qarşı iki dərmanın sınaqlarını keçiribr. Onlardan biri də hidroksixloroxindir.
Marsel Universitetinin hospitalının əməkdaşları COVID-19-un simptomları aşkar olunmuş xəstələr üzərində apardıqları sınaq zamanı hidroksixloroxin və azitromisin kombinasiyasını qəbul edən pasiyentlər sağalıb və analiz zamanı bu insanlarda koronavirus aşkar olunmayıb.
Hidroksixloroxin malyariya xəstəliyinin müalicəsində, azitromisin isə antibiotik kimi istifadə olunub.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 05 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycan son xeber bugun en yeni xeberler sonxəbərlər en son xeberler bu gun