Hindistanlı ən zəngin deputat Britaniyanın baş naziri ola bilər
Boris Conson istefa verdikdən sonra Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak baş nazir postuna namizədliyini irəli sürüb. O, qalib gəlsə, Mühafizəkarlar Partiyasının lideri olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Reuters agentliyi yayıb.
"Kimsə bu anı dəyərləndirib düzgün qərarlar verməlidir. Buna görə də mən Mühafizəkarlar Partiyasının növbəti lideri və sizin baş nazir olmağa iddialıyam", – deyə keçmiş nazir Twitter-də yayımlanan kampaniya videosunda bildirib.
Sunak mesajı keçən əsrin 60-cı illərində Hindistandan İngiltərənin Sauthemptona köçən ailəsinin tarixindən bəhs etdiyi video ilə müşayiət edib. Sunak üçüncü nəsil immiqrantdır, həkim və əczaçı ailəsində doğulub, Oksfordda təhsil alıb, maliyyə və investisiyaların idarə edilməsi sahəsində karyerası var.
TASS qeyd edir ki, Sunak Maliyyə Nazirliyinin rəhbəri kimi xarici siyasət məsələlərində demək olar ki, səsini çıxarmayıb, lakin Ukraynaya yardımdan söhbət gedəndə o, Rusiyanın hərəkətlərini pisləyib və Kiyevə külli miqdarda vəsait ayırıb. Aprelin əvvəlində məlum olub ki, keçmiş nazirin həyat yoldaşı və ailəsi ilə əlaqəli olan Hindistanın "Infosys" İT şirkəti Rusiya Federasiyasını tərk edib.
42 yaşlı Sunak Britaniya İcmalar Palatasının ən zəngin üzvü hesab olunur. Onun şəxsi sərvəti 240 milyon dollar olaraq qiymətləndirilir.
Sunak Britaniya Xəzinədarlığına rəhbərlik etdiyi 2019-cu ildən bəri potensial maraqlar toqquşmasının qarşısını almaq üçün vəsaitlərinin idarə edilməsini trast fonduna həvalə edib. Bununla belə, "Varlı Rişi" (1994-cü ildə çəkilmiş "Varlı Rişi" filminə istinad) ləqəbini də hindli milyarder Narayana Murtinin qızı, həyat yoldaşı Akşata Murti sayəsində alıb. Britaniya mətbuatının yazdığına görə, onun sərvəti 600-900 milyon dollardır.
Roman Göytürk,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?