Hollivud ulduzundan pərəstişkarlarını kədərləndirəcək xəbər - FOTO
Hollivud ulduzundan pərəstişkarlarını kədərləndirəcək xəbər - FOTO
"Oceans 8", "The Predator", "X-Men: Apocalypse" kimi filmlərdə ifa etdiyi rollarla sevilən ABŞ-li aktrisa, model, aparıcı və yazıçı Oliviya Mann onkoloji əməliyyat keçirib. Onun hər iki süd vəzisi çıxarılıb.
Bu barədə aktrisanın özü xəbər verib.
Hollivud ulduzunun sözlərinə görə, ona xərçəngin aqressiv, sürətlə inkişaf edən forması diaqnozu qoyulub.
Qeyd edək ki, Mann uzun müddət səhhəti ilə bağlı məlumatları mətbuatdan gizli saxlayıb.
Maraqlıdır ki, 2023-cü ilin fevral ayında Oliviya Mann xərçəngə meyillilik üçün genetik testdən keçib, ancaq nəticələr mənfi olub, mammoqrafiyada da xəstəliyin əlamətləri olmayıb. Buna baxmayaraq iki aydan sonra ona yekun diaqnoz qoyulub.
Aktrisanın sözlərinə görə, onun bəxti gətirib. Xəstəliyə kifayət qədər erkən diaqnoz qoyulub, bu da ona müalicə almaq üçün vaxt verib.
Oliviya Mann bütün qadınlara müraciət edərək, döş xərçəngi inkişaf riskini hesablamaq üçün həkim müayinəsindən keçməyə çağırıb. Həkiminin sözlərinə görə, əgər faiz 20-dən yuxarıdırsa, o zaman hər il mamoqramma, 30 yaşından sonra isə MRT müayinəsi lazımdır.
"Son 10 ayda dörd əməliyyat keçirdim, o qədər çox günləri yataqda keçirdim ki, sayını itirmişəm. Xərçəng, onun müalicəsi və hormonlar haqqında təsəvvür etdiyimdən daha çox şey öyrəndim. Mən diaqnozu gizli saxladım ki, insanlar mənim narahatlığımı, ağrıkəsicilərimi və xəstəxana xalatımı görməsinlər", - deyə o paylaşımında bildirib.
Qeyd edək ki, aktrisa bir neçə gün öncə "Oskar" mükafatlarının təqdimetmə mərasimində görünüb. O, gecəyə sevgilisi, komediyaçı Con Maleyni ilə qatılıb.








Mənbə: Haber Global / oxu.az
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR