HorraPress: "Azərbaycanın mədəniyyət diplomatiyası və Mehriban Əliyevanın gözəl işləri" - FOTO

HorraPress: "Azərbaycanın mədəniyyət diplomatiyası və Mehriban Əliyevanın gözəl işləri" - FOTO HorraPress: "Azərbaycanın mədəniyyət diplomatiyası və Mehriban Əliyevanın gözəl işləri" - FOTO
"HorraPress" Avropa Azad Mətbuat Mərkəzi Azərbaycan-İberiya-Amerika beyin mərkəzinin (CEPAI) "Azərbaycanın mədəniyyət diplomatiyası və Mehriban Əliyevanın gözəl işləri" sərlövhəli məqaləsini dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalə Azərbaycan rəhbərliyinin, xüsusən Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi mədəniyyət diplomatiyasına həsr edilib.
Materialda qeyd olunur ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz "Instagram" səhifəsində qədim Qarabağ torpağındakı dini abidələrin və məscidlərin bərpası layihəsinin işə salınması barədə paylaşım edib. "HorraPress" Mehriban Əliyevanın həmin paylaşımını sitat gətirir: "Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir.
Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.
Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!"
"HorraPress" oxucuların diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkənin xaricdə populyarlaşmasına, habelə sosial siyasətin həyata keçirilməsinə, elmin, təhsilin, mədəniyyətin və idmanın inkişafına mühüm töhfələr verir. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr milli dəyərlərin qorunub saxlanmasına və möhkəmlənməsinə, humanizm prinsiplərinin təbliğinə yönəlib.
Mehriban Əliyevanın Heydər Əliyev Fondu ilə UNESCO arasında əlaqələrin inkişafına yönəlmiş fəaliyyəti xüsusi vurğulanır, qeyd olunur ki, bu fəaliyyət Azərbaycan mədəniyyətinin və mədəniyyətlərarası dialoqun beynəlxalq səviyyədə təbliği üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın birinci xanımının fəaliyyətinin etirafı kimi 2004-cü ildə o, qeyri-maddi mədəni irsin təbliğinə və qorunmasına görə xoşməramlı səfir seçilib.
Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işlənib hazırlanmış siyasətin həyata keçirilməsi və Birinci vitse-prezident Mehriban Əliyevanın xoşməramlı səfir kimi fəaliyyəti nəticəsində Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, ənənəvi Azərbaycan xalçaçılıq sənəti, ənənəvi çövkən at oyunu, kəlağayı qadın baş örtüyünün hazırlanması və geyim mədəniyyəti və simvolikası, Lahıc misgərlik sənəti, Novruz bayramı, lavaş, katırma, jupka, yufka – nazik çörək növlərinin hazırlanması, dolmanın hazırlanması ənənələri UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2019-cu ildə Azərbaycanın qədim Şəki şəhərinin tarixi mərkəzi və Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunub.
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu mədəniyyətlərarası və dinlərarası münasibətlərin inkişafına, digər ölkələrlə humanitar sahədə ikitərəfli münasibətlərin dərinləşməsinə kömək edir. Məqalədə qeyd olunur ki, 2009-cu ildə Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində XIV əsrə aid Strasburq Kafedral Kilsəsinin beş vitrajının bərpası üçün maliyyə vəsaiti ayırıb. 2012-ci ildə Fond Müqəddəs Marçelini və Piyetro katakombalarını bərpa edib.
"HorraPress" yazır ki, tolerantlıq və dialoq sahəsində görülmüş işlər nəticəsində 2016-cı ildə Papa Fransisk Azərbaycana səfəri zamanı Müqəddəs Bakirə Məryəm məbədində olub, Azərbaycanı sivilizasiyalar arasında körpü adlandırıb.
Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bütün layihələr bir daha göstərir ki, "Bakı prosesi"nin təşəbbüskarı olan Azərbaycan müxtəlif xalqlar və mədəniyyətlər arasında əməkdaşlığın möhkəmlənməsi və səmərəli dialoqun təbliği sahəsində işi ilə bütün dünyada sülhə və təhlükəsizliyə töhfə verir, mədəni müxtəliflik dəyərlərini irəlilədir, sivilizasiyalar arasında qarşılıqlı anlaşma, multikulturalizm və dialoqun inkişafında mühüm rol oynayır.
Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti fəal və dünyəvi Azərbaycan qadını imicinin formalaşmasında əvəzsiz rol oynayır.
HorraPress: "Azərbaycanın mədəniyyət diplomatiyası və Mehriban Əliyevanın gözəl işləri" - FOTO

Siyasi       Tarix: 12 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın


yeni xeberler azerbaycan xeberleri son xeberler az xeber xabar az son xeber 2026 azerbaycan son xeber bugun