Hotellərdə qiymətlər ucuzlaşıb
Hotellərdə qiymətlər ucuzlaşıb
Regionlarda yerləşən hotellərdə qiymətlər yay mövsümünə nisbətən ucuzlaşıb.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib.
Onun sözlərinə görə, həftəsonları hotellərdə qiymətlər 20-30 manat artır.
"Qiymət fərqi əsasən 5 ulduzlu hotellərdə qeydə alınır. 5 ulduzlu hotellərdə qiymət 150-210 manat arasındadır. Qiymətlər əsasən regionlardan və xidmətlərdən asılı olaraq dəyişir. Payız mövsümü turizm destinasiyaları üçün zəif mövsüm sayılır. Bu səbəbdən də qiymətlər nisbətən ucuzlaşır. Bizə hotellərdə olan qiymətlərlə bağlı çoxlu şikayətlər daxil olur. Qiymətləri düzgün tənzimləmək üçün müşahidə və mübarizə aparırıq. Lakin iqtisadi tərəfdən götürsək, təklif tələbə uyğun formalaşır", - icraçı direktor deyib.
O qeyd edib ki, qiymətlərin bahalığından əsasən yerli vətəndaşlar şikayətlənir.
"Azərbaycanı regionda digər turizm destinasiyaları ilə müqayisə etsək qiymətlər ucuz deyil. Ölkəmizə daha çox turist cəlb etmək istəyiriksə, alternativ qiymətlər də təklif etməliyik. Bunun üçün ilk növbədə sağlam rəqabət şəraiti olmalıdır. Turizm üçün bank faizlərinin aşağı salınması, müxtəlif imtiyazlı kreditlərin verilməsi yaxşı olardı", - deyə S. Dübəndi bildirib. / oxu.az
Xidmetler [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu