Hulusi Akar beş ölkənin müdafiə nazirlərini TOPLADI
Türkiyə milli müdafiə naziri Hulusi Akar Bolqarıstanın müdafiə naziri Draqomir Zakov, Polşanın müdafiə naziri Mariuş Blasçak, Rumıniyanın müdafiə naziri Vasile Dincu, Ukraynanın müdafiə naziri Aleksey Reznikov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə altıtərəfli videokonfrans toplantısında görüşüblər.
KONKRET.az Anadolu-ya istinadən xəbər verir ki, Türkiyənin dəvəti və koordinasiyası ilə keçirilən görüşdən sonra verdiyi açıqlamada Akar görüşün çox məhsuldar keçdiyini deyib:
"Görüşdə diplomatik həllə kömək etmək üçün Ukraynada təcili atəşkəsin əhəmiyyəti və mülki şəxslərin təhlükəsiz şəkildə təxliyə edilməsinin vacibliyi qeyd olunub".
İclasda müzakirə edilən digər məsələlərlə bağlı da dəyərləndirmələr aparan Akar bildirib:
"Görüş zamanı Qara dənizdə sülhün, əmin-amanlığın və sabitliyin qorunması, o cümlədən minalara qarşı mübarizə üçün əməkdaşlığın vacibliyi bir daha vurğulandı. Nəhayət, ağırlaşan humanitar vəziyyətlə əlaqədar fasiləsiz humanitar yardım və bölgədə böhranın daha da artmasının qarşısını almaq üçün görüləcək tədbirlər vurğulandı".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti