Hulusi Akar: "Terrorun ölkəmizin başına bəla olmasına imkan verməyəcəyik

Hulusi Akar: Türkiyə Milli Müdafiə naziri Hulusi Akar "Haber Global"a mühüm açıqlamalar verib.
Nazir Suriyadakı mümkün sərhəd əməliyyatından tutmuş İsveç və Finlandiyanın NATO üzvlüyünə, Yunanıstanla yaşanan gərginlikdən Kipr probleminə qədər bir çox mövzuda Saynur Tezelin suallarını cavablandırıb.
Hulusi Akar Suriyada mümkün əməliyyatla bağlı qətiyyəti bir daha vurğulayıb.
"Biz qonşularımızın sərhədlərinə və suveren hüquqlarına hörmət edirik. Bununla belə, biz millətimizi terror bəlasından xilas etmək əzmindəyik. Sərhədlərimiz xaricində terror yuvalarını məhv etməkdə qərarlıyıq", - deyə Akar qeyd edib.
"Aprel ayından bu yana 277 terrorçu zərərsizləşdirilib. İraqın şimalındakı əməliyyatın son həlqəsi "Pəncə-Kilid"dir. Terrorun ölkəmizin başına bəla olmasına imkan verməyəcəyik. Mehmetcik bir-bir terrorçuların yuvalarını başlarına yıxır", - deyə nazir bildirib.
Akar bütün əməliyyatların beynəlxalq hüquqa uyğun olduğunu söyləyib. O, 85 milyon vətəndaşın təhlükəsizliyinin olduqca önəmli olduğunu vurğulamaqla terrorçu haradadırsa, hədəfin də orada olduğunu diqqətə çatdırıb.
"2019-cu ildə Rusiya və ABŞ ilə imzalanan müqavilələrlə YPG-nin təhlükəsiz bölgədən tamamilə çıxarılması planlaşdırılırdı. Ancaq YPG geri çəkilmədi. Müttəfiqlərimiz sözünün üstündə durmadı. Rusiya və ABŞ-ın öz öhdəliklərini yerinə yetirməsini gözlədiyimizi hər səviyyədə gündəmə gətiririk. Terrorla mübarizədə lazımi əməkdaşlıq hər kəsin xeyrinədir", - deyə müdafiə naziri bununla bağlı fikirlərini ifadə edib.
Mümkün transsərhəd əməliyyatında ABŞ ordusu ilə qaynar münaqişəyə girmək riskinin olub-olmadığına dair suala Akar bunun baş verməsini arzu etmədiklərini deyib.
"Biz bunun baş verməsini istəmirik. Bizim ABŞ və Rusiya ilə ikitərəfli əlaqələrimiz var. Biz ABŞ-la NATO-da müttəfiqik. Çoxölçülü əlaqələrimiz var, mehmetcik terrorçulara çox incə üsullarla cavab verdiyi halda biz də qarşıdurma riskləri ilə bağlı üzərimizə düşəni edirik. Qarşı tərəfə qərarlı olduğunuzu dedik və fikrimizi ifadə etməyə də davam edirik. Hər platformada ABŞ-ın YPG-yə dəstəyini dayandırmasının vacibliyini bildiririk", - deyə o bu mövzuda qətiyyəti dilə gətirib.

Sosial       Tarix: 10 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


son xeberler yeni xeberler azerbaycan xeberleri azerbaycan son xeber bugun sonxəbərlər cəbhədən xəbər xeberler bugun