Hüseynov qardaşları erməni lobbisi ilə əlaqəli fondlar tərəfindən maliyyələşdirilirlər

Hüseynov qardaşları erməni lobbisi ilə əlaqəli fondlar tərəfindən maliyyələşdirilirlərXəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Avropada keçirilən tədbir zamanı jurnalistin təxribat xarakterli sualına sərrast və birbaşa cavab verib. 
O, sual ünvanlayan jurnalist Emin Hüseynova müraciətlə, "Qadın paltarı geyərək səfirlikdə gizlənən insan sizsiniz? Sizə cansağlığı arzu edirəm!" deyə qarşılıq verib. Birinci vitse-prezidentin bu cavabından sonra jurnalist duruxaraq qalıb. Emin Hüseynov daha əvvəl də İlham Əliyevə belə təxribat xarakterli sual ünvanlayıb. Mehriban Əliyevanın verdiyi cavab həm konkret suala yönəlmiş reaksiya, həm də Azərbaycan dövlətinin milli maraqlarını və dəyərlərini hədəfə alan dairələrə ünvanlanan mesaj kimi qiymətləndirilir. 
Hüseynov qardaşları erməni lobbisi ilə əlaqəli fondlar tərəfindən maliyyələşdirilirlərAĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı azxeber.com-a açıqlamasında deyib ki, hər kəslə onun anladığı dildə danışmaq lazımdır: 
"Azərbaycanın "Dəmir Ledi"si Almaniyada master klass keçdi. Bu cavab təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində də böyük alqışla qarşılandı. Xəbərdən məlumatı olmayan şəxslər də bu hadisədən xəbər tutdular və məsələnin mahiyyətini anladılar. Bu mövzu dünya mediasında kifayət qədər geniş gündəm oldu. Düşünürəm ki, hər kəslə onun anladığı dildə danışmaq lazımdır. Hüseynov qardaşları artıq bütün sərhədləri aşırlar. Belə bir mübarizə üsulunun bir adı var ki, bu da ləyaqətsizlikdir. Çünki öz ölkəsinə qarşı bu cür çirkin kampaniya aparmaq qəbuledilməzdir".
C.Abbaslı qeyd edib ki, Mehriban Əliyeva tərəfindən verilən cavab gözlənilən idi:
"Sonda qarşı tərəfdən bu cür cavabın veriləcəyi də gözlənilən idi. Çünki həmin məkan dünyanın diqqət mərkəzində idi və belə hallar ilk dəfə baş vermir. İstər həmin yerdə, istərsə də Avropanın müxtəlif ölkələrində keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə bizə qarşı bu cür cəhdlər müşahidə olunub. Belə tədbirlərdə müxtəlif bəhanələrlə yaxınlaşmaq, zahirən sual vermək adı altında başqa niyyət güdmək nə tədbirin ruhuna uyğundur, nə də normal qarşılana bilər. Hər bir insan öz keçmişindən nəticə çıxarmalı, onu nəzərə alaraq davranmalıdır. Gözü kölgəli olan şəxslər öz yerlərini bilməlidirlər. Məsələn, Emin Hüseynovun 2014-cü ildə təxminən 10 ay İsveç səfirliyində gizlənməsi və qadın paltarında səfirliyə getməsi bəlkə də bir çoxlarının yaddaşından silinmişdi, lakin bu hadisə yenidən xatırlandı".
O bildirib ki, onun cavab verə bilməməsi təəccüblü deyil:
"Emin Hüseynovuv cavab verə bilməməsi təəccüblü deyil. Çünki o, bir sıra müsahibələrində səfirliyə necə sığındığını özü də etiraf edib. Həmin dövrdə Azərbaycan Qeyri-Hökümət Təşkilatlarına qarşı xaricdən idarə olunan ciddi qarayaxma kampaniyası aparılırdı. Dövlətçiliyə qarşı yönəlmiş bu fəaliyyətlərin qarşısını almaq üçün müvafiq tədbirlər görülürdü və bu çərçivədə Emin Hüseynovla bağlı da müəyyən qərarlar qəbul edilmişdi. Emin Hüseynovun aldığı son qrantın məbləği təxminən 450 min civarında olub. Məncə, onlar bu məsələlərdə susmağı üstün tutsalar, bu, onlar üçün daha çox qazanc gətirir". 
Hüseynov qardaşları erməni lobbisi ilə əlaqəli fondlar tərəfindən maliyyələşdirilirlərSiyasi şərhçi Nəzərbəy Hacıağayev azxeber.com-a bildirib ki, Hüseynov qardaşları hər zaman olduğu kimi anti-Azərbaycan mövqeyi ilə çıxış ediblər:
"Hüseynov qardaşları hər zaman olduğu kimi anti-Azərbaycan mövqeyi ilə çıxış edirlər. Hüseynov qardaşları birbaşa erməni lobbisi ilə əlaqəli fondlar tərəfindən maliyyələşdirilirlər. Bu maliyyə dəstəyi onlara anti-Azərbaycan mövqeyi sərgiləmək məqsədilə verilir".
O deyib ki, qardaşların öz dövlətlərinə qarşı çıxmasının bir sıra səbəbi var:
"Bu qardaşların Azərbaycan xalqının düşməni sayılan erməni əsilli analarının olması ilə əlaqələndirmək olar. Emin Hüseynovun illər əvvəl qadın paltarında qaçması faktı da təsadüfi hesab edilmir. Onlara verilən əsas göstərişlərdən biri ölkənin milli-mənəvi dəyərlərinə ciddi zərbə vurmaqdır. Mehman Hüseynovun istifadə etdiyi jarqon və davranışlarına diqqət yetirdikdə, statistik Azərbaycan kişisinə yaraşmayan hərəkətləri müşahidə etmək mümkündür".
N.Hacıağayev deyib ki, vitse-prezidentin verdiyi cavablar sayəsində Hüseynov qardaşlarını hamı tanıdı:
"Xaricdə məskunlaşan anti-Azərbaycan düşərgəsinin nümayəndələrinin dövlət başçısına qarşı təxribatçı suallar verməsinin ilk halı deyil. Ölkədə baş verən bütün proseslərdən məlumatlı olan dövlət başçısı bu cür təxribatçı suallara hər zaman yüksək intellektual səviyyədə cavab verib. Birinci vitse-prezident Mehriban xanımın Emin Hüseynova verdiyi cavab da təsadüfi deyil. Mehriban xanım dövlət başçısı kimi geniş dünyagörüşünə malikdir və təxribatçı suallara operativ və əsaslandırılmış cavab vermək bacarığı ilə seçilir. Onların bu təxribatçı hərəkətləri uğursuz oldu. Ən əsası isə Azərbaycan xalqı onların kim olduğunu yaxşı bildi".
Şahanə Ziyad

Siyasi       Tarix: 21 fevral 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler son xeber.az cəbhədən son durum bu gunun xeberleri