IATA və AZAL Azərbaycanın milli hava məkanı strategiyasını hazırlayır - FOTO

IATA və AZAL Azərbaycanın milli hava məkanı strategiyasını hazırlayır - FOTOIATA və AZAL Azərbaycanın milli hava məkanı strategiyasını hazırlayır - FOTO
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) və "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) Azərbaycanın milli hava məkanı strategiyasının (National Airspace Strategy - NAS) hazırlanması və həyata keçirilməsi üzrə birgə işə başlayıb.
Bununla əlaqədar, Azərbaycanın aeronaviqasiya xidmətləri təminatçısı AZANS və IATA aviasiya sahəsində bütün müvafiq əlaqədar tərəflərlə, o cümlədən dövlət və digər tənzimləyici orqanlarla birgə işləyəcək.
Beləliklə, aviasərnişinlərə bir sıra üstünlüklərin təmin edilməsinə yönəldilmiş bu təşəbbüs çərçivəsində iki təşkilat arasında artıq mövcud olan uzunmüddətli əməkdaşlıq gücləndiriləcək.
Eyni zamanda, birgə fəaliyyət Azərbaycanın milli iqtisadiyyatının inkişafına və aviasiya sektorunun rəqabət qabiliyyətliliyinə dəstək olacaq. Bu əməkdaşlıq hava nəqliyyatının dayanıqlı inkişafının qlobal məqsədlərinə nail olmağa kömək edəcək.
IATA-nın proqnozlarına əsasən, növbəti iyirmi il ərzində Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarına tələbatın 80% artacağı gözlənilir. Bununla əlaqədar, hava hərəkətinin həcmi də eyni templə artacaq. Məsələn, artıq bu gün Azərbaycanın hava məkanında tranzit trafikin artımının yüksək dinamikası müşahidə olunur.
Uçuşların təhlükəsizliyinin təmin edilməsi, xərclərin idarə edilməsi, CO2 emissiyalarının və məsrəflərin azaldılması ilə yanaşı hava daşımalarına artan tələbatın ödənilməsi Azərbaycanda hava məkanının strukturunun və hava hərəkətini idarəetmə (HHİ) sisteminin daha da müasirləşdirilməsini tələb edir.
IATA və AZAL Azərbaycanın milli hava məkanı strategiyasını hazırlayır - FOTOIATA və AZAL Azərbaycanın milli hava məkanı strategiyasını hazırlayır - FOTO/ oxu.az

Turizm       Tarix: 15 fevral 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler xeber.az son xeberler en son xəbərlər bugün son xeberler bugun 2026 canli