İçimdə fırtınalar qopsa da, hər zaman pozitivəm' - 'Səsin izi ilə

İçimdə fırtınalar qopsa da, hər zaman pozitivəm' - 'Səsin izi iləHər səsin bir ünvanı var. Bəziləri dərhal eşidilir, bəziləri isə kütlə səs-küyünün arasında itib gedir. Bu gün müasir Azərbaycan musiqisində yaranan gurultu içində bəzən o səslər eşidilmir, zövqlər qarışır, istedadlar isə kölgədə qalır. Amma gələcəyə ümid sonsuzdur. Çünki Azərbaycan musiqisində yeni adlar, yeni səslər doğulur. Biz də həmin səslərin izinə düşürük. Azərbaycan musiqisinə yeni nəfəs gətirən, amma hələ geniş auditoriya tərəfindən kifayət qədər kəşf edilməmiş gəncləri "525-ci qəzet"in yeni - "Səsin izi ilə" rubrikasında oxuculara təqdim edəcəyik. Hər şənbə bir gənc, bir səs, bir hekayə, bir ümid... Çünki istedad eşidilməyə layiqdir. Bu rubrika istedadın ünvanıdır.
"Səsin izi ilə..." rubrikasının ilk qonağı gənc və istedadlı müğənni Elyanə Arslandır. Estrada musiqisinin yeni və maraqlı simalarından biri - Elyanə Arslan sənət yolunda ilk addımlarını atsa da, artıq diqqət çəkməyi bacarıb. Uzun illər Türkiyədə fəaliyyət göstərən Elyanə xanım hazırda Azərbaycan musiqi sektoruna daxil olmağa hazırlaşır. O, tanınmış bəstəkar Gövhər Həsənzadənin yetirməsi kimi sənət yolunda zəhmət və zənginlik axtarışını bir araya gətirir. Səmimi, emosional və eyni zamanda məqsədyönlü biri kimi, o, musiqidə təkcə səs deyil, ruh yaratmağın vacibliyinə inanır. Onunla həm sənət, həm də həyat barədə danışdıq: 
- Elyanə xanım, musiqiyə gəliş yolunuz necə başladı? Bu sahədəki ilk addımlarınızı necə xatırlayırsınız?
- Musiqiyə gəlişim 2005-ci ildə "Yeni ulduz 4" müsabiqəsi ilə olub. Ondan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum. Əslində vokal ixtisasını istəyirdim, ancaq ailəm oxumağıma qarşı olduğu üçün məcburən rejissorluq ixtisasını seçdim. 2011-ci ildə "Avroviziya" mahnı müsabiqəsinin Azərbaycan seçim turlarına qatıldım. Elə həmin il Türkiyədən gələn dəvətlə "Star Akademi" müsabiqəsində də iştirak etdim. Onunla da Türkiyədəki fəaliyyətim başladı. "Star Akademi"də Ajda Pekkan, Sertab Ərənər, Samsun Dəmir kimi münsiflər heyətindən dəstək gördüm. Orada müəllimim Sezen Aksunu ilk dəfə səhnəyə çıxaran çox gözəl bəstəkar və musiqiçi Atilla Özdəmiroğlu oldu. Allah ona rəhmət eləsin! 13 il Türkiyədə yaşadım, fərqli televiziyalarda musiqi verilişlərinin aparıcısı oldum. Həmçinin, müxtəlif məkanlarda səhnəyə çıxdım, böyük konsertlərdə iştirak elədim. İndi isə ailəmin rəsmi işlərilə əlaqədar Azərbaycana qayıdaraq fəaliyyətimi burada davam etdirmək qərarına verdim. Bu yolda da ən böyük dəstəkçim Türkiyə sənət cameəsi ilə sıx əməkdaşlığı olan hörmətli bəstəkarımız Gövhər Həsənzadədir.
- Gövhər Həsənzadə ilə tanışlığınız necə başladı? Onun yetirməsi olmaq sizin üçün nə ifadə edir?
- Bu tanışlıq Azərbaycanda ilk işbirliyi 1995-ci ildən Gövhər xanımla başlayan,Türkiyənin tanınmış şairi Ayşə Birgül Yılmazın vasitəsilə oldu.  Türkiyəyə getdiyim ilk vaxtlardan Ayşə xanım mənə çox dəstək olub, mənəvi anam kimi idi. Məni Gövhər xanımla tanış edən də Ayşə xanım oldu. Mən buna da inanıram ki, kimsə kimisə tanış edə bilər, amma Gövhər xanım istedadına, səsinə inanmadığı heç kimi yaxına buraxmaz. Gövhər xanım bizim üçün bir məktəbdir. Mən bacardığım qədər daha çox onun yanında olmağa çalışıram ki, yenə də nələrsə öyrənim. Onunla tanışlığımdan və çıxdığımız yoldan çox xoşbəxtəm. Çünki Gövhər Həsənzadə məktəbinin tələbəsi olmaq sənətə bir addım öndə başlamaq deməkdir.
- Özünüzü şanslı insan hesab edirsiniz?
- Bəli, çox şanslı insanam. Amma onu da deyim ki, həyatımda baş tutmayan heç nə üçün təəssüflənmirəm. Düşünürəm ki, əgər bir şey olmursa, gecikirsə, demək ki, Allah onun ən gözəlini hazırlayır mənim üçün, ona görə gecikir. Həmişə buna inanmışam. İndi də elə hiss edirəm ki, hər şey gözəl olacaq.
İçimdə fırtınalar qopsa da, hər zaman pozitivəm' - 'Səsin izi ilə- Türkiyədə qazandığınız təcrübə və səhnə həyatı sizə nələri öyrətdi?
- Biz Türkiyə şou-biznes təcrübəsini hər zaman özümüzə örnək götürürük. "Star Akademi"də biz çox gözəl yetişdirildik. Hətta səhnədə duruş, baxış, yeriş belə, bir sözlə, əsl səhnə mədəniyyəti öyrədilirdi. Ancaq mənə orada da hər zaman münasibət fərqli idi. Müəllimlərim məni hər kəsdən fərqləndirirdilər, mənimlə özəl məşğul olurdular. Çünki mən yaradıcı emosiyalarımla çərçivələrə sığmayan bir ifaçı idim. Hər şey ruh halımdan asılı idi. İndi də elədir. Fikrimcə, yaradıcı insan elə bu cür olmalıdır. Bu gün Gövhər xanımın hər ifaçıya individual yanaşması inkişafımda mənə çox böyük dəstək verir. Məhz səhnədə hansı obraz olduğumu da o kəşf edərək, tamaşaçının qəlbinə aparan o şərəfli, keşməkeşli və çox uzun yolu fəth etməyimə dəstək verir. Sözləri və musiqisi Gövhər xanıma aid olan "Bezmişəm" adlı ilk mahnımız, düşünürəm, çağdaş estradamızda fərqliliyimi nümayiş etdirəcək. Bu mahnı ilk Ayşə xanımın "Dönəməm, yeminliyim" sözlərinə bəstələnmişdi. Daha sonra həmin sözlərlə də ifa edəcəyik. Fərqliliyi sevirəm. Qatıldığım müsabiqələrdə ifalarımdan əlavə, geyimlərimlə də yadda qalmışam. Hətta kibrit çöpündən, "butulka" qapaqlarından səhnə geyimləri hazırlamışdıq mənə. Demirəm ki, açıq-saçıq geyinmişəm, yox, fərqlilik açıq-saçıqlıq deyil. Universitet illərində də öz rəngli, fərqli geyimlərimlə seçilirdim. Hətta buna görə rektorumuz tərəfindən dəfələrlə danlanırdım, amma səhnə danışığı müəllimim Könül Axundova məni hər zaman müdafiə edirdi ki, o, yaradıcı insandır və özünü bu cür ifadə edir.
İçimdə fırtınalar qopsa da, hər zaman pozitivəm' - 'Səsin izi ilə- Türkiyə və Azərbaycan musiqi mühiti arasında hansı fərqləri hiss etdiniz? Bu fərqlər sizin yaradıcılığınıza necə təsir edir?
- Türkiyədə bayağı və səviyyəli musiqi anlayışları yoxdur. Orada ancaq janrlara önəm verilir, vəssalam. Hər kəs öz janrında oxuyur, hər kəsin də öz dinləyicisi var. Amma kim nə oxusa da, onun ən peşəkarını eləməyə çalışır. Orada müğənnilər əlçatmazdır. Hər kəs gözləyir ki, müğənninin konserti olsun, gedib bilet alsın, diski çıxsın, onu əldə etsin və sair. Müğənnilər də peşəkarlara öz işlərini həvalə edərək formalaşırlar və maddi qazanırlar. Bizdəki kimi yarımçıq iş görərək, məhdud şərtlərlə musiqi materiallarını efirlərdə nümayiş etdirmirlər. Məclis - əyləncə ifaları ilə efir - konsert ifalarının fərqinə varmaq lazımdır. Türkiyə efirlərinə çıxmaq, nə isə etmək heç də asan deyil. Şükürlər olsun ki, mən İstanbul kimi nəhəng şəhərdə təkbaşıma, cüzi də olsa, nəsə etməyi bacardım.
- Oradakı ən böyük uğurunuz nəyi hesab edirsiniz?
- Oradakı ən böyük uğurum Atilla Özdəmiroğlu kimi dahi bir bəstəkarla tanış olub, ondan dərs almağım oldu. Mən illər öncə qarmon təhsili almışdım, sonra isə akardeon ifa edirdim. "Star Akademi"yə də öz akardeonumla getmişdim. Elə oldu ki, Bakıya gələrkən akardeonu özümlə gətirə bilmədim və verdim Atilla bəyə. O niyyətlə verdim ki, apara bilmirəm, siz hansısa musiqiçinizə, ya kiməsə verərsiniz. Təxminən iki il sonra - Atilla müəllimin vəfatından bir neçə ay öncə yenidən Türkiyəyə qayıdanda onu ziyarətə getdim və o, sürpriz kimi həmin akardeonu mənə təqdim etdi. Sən demə, mənim akardeonumu saxlayıbmış. Bu, mənim üçün unudulmaz bir xatirədir. Fikrimcə, mənim Türkiyədəki ən böyük uğurum gözəl insanlarla yolumun kəsişməsidir.
İçimdə fırtınalar qopsa da, hər zaman pozitivəm' - 'Səsin izi ilə- Öz musiqi üslubunuzu necə xarakterizə edərdiniz? Hansı janr sizə daha doğmadır?
- Əslində, pop janrında başladıq, amma indi Gövhər xanımla pop-rok janrı üzərində qərarlaşdıq. Mən öz aləmimdə bu ifaya melodik axarına və milli vokal çalarlarına görə "incə rok" adını qoymuşam.
- Sizcə, Azərbaycan tamaşaçısı, dinləyicisi sizi nə ilə fərqləndirəcək?
- Dünyanın ən tələbkar və incə ruhlu dinləyiciləri Azərbaycandadır. Hələlik ilk fərqim adımdır. Səhnədə tək Elyanə mənəm. İkincisi, illər ərzində mən də yox idim, Gövhər Həsənzadə də müğənnilər yetişdirmirdi və elə buna görə də indi hər kəsin qınağına tuş gəlir. Düşünürəm, illər sonar onun mənimlə yaradacağı musiqi məhsulları mənim də fərqimi üzə çıxaracaq inşallah. İllər sonra Gövhər xanımın səhnəyə, musiqiyə təqdim etdiyi adlardan olmaq özü fərqlilikdir.
- Musiqidən kənarda necə bir insansınız? Dinləyicilərinizə sizi daha yaxından tanıdacaq hansı xüsusiyyətinizi bölüşmək istərdiniz?
- İnsanları çox sevirəm. Mənə qarşı edilmiş ən betər pisliyə belə öz-özlüyümdə səbəb tapmağa, qarşımdakına haqq qazandırmağa çalışıram. İnsanların pis ola biləcəyinə inanmaq istəmirəm. Bəzən bu xasiyyətim həm həyatda, həm də sənətdə mənə mane olur, amma dəyişə bilmirəm. Çünki başqa cür yaşamaq çox çətindir. İçimdə nə qədər fırtınalar qopsa da, hər zaman pozitiv, çılğın və enerjiliyəm. Müəllimim Könül xanım deyirdi ki, sən harada yoxsansa, orada olmaq istəyirsən. Bu cümləni çox sevirəm. Bəli, harada yoxamsa, orada olmağa can atıram.
İçimdə fırtınalar qopsa da, hər zaman pozitivəm' - 'Səsin izi iləEyni zamanda, ta uşaqlığımdan öz cəsarətimlə seçilmişəm. Hətta evdə bacılarımın səhvlərini belə həmişə öz üstümə götürərdim, özümü qabağa verərdim. Dostluqda sədaqətli və fədakaram. İnanıram ki, qarşıma çıxan yaxşı insanlar, qazandığım uğurlar da bu xüsusiyyətimin, bu addımlarımın cavabıdır. Çünki mən heç zaman heç kimsəyə qarşı içimdə pis niyyət daşımamışam.
İçimdə fırtınalar qopsa da, hər zaman pozitivəm' - 'Səsin izi iləİçimdə fırtınalar qopsa da, hər zaman pozitivəm' - 'Səsin izi iləİçimdə fırtınalar qopsa da, hər zaman pozitivəm' - 'Səsin izi ilə/ azxeber.com

Şou Biznes       Tarix: 30 aprel 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Viktor Uillis vəfat etdi

Dünyaca məşhur disko qrupu "Village People"nin solisti Viktor Uillis 74 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin ölümü ilə bağlı məlumat qrupun rəsmi sosial media hesablarında yayıla

63 yaşlı müğənni plastik əməliyyat etdirdi - FOTO

Rusiyalı 63 yaşlı müğənni Qriqoriy Lepsin görünüşündəki dəyişiklik diqqət çəkib. Rusiya mətbuatına istinadən xəbər verir ki, onun plastik əməliyyat etdirdiyi iddia olunub. Sənətçinin yeni görünüşündən sərt çənə ovalı, bleferoplastik

Elçin ayrılığın dilindən oxudu - "Olmaz olaydı" təqdim olundu

Müğənni Elçin Cəfərov yaradıcılığına daha bir yeni mahnı əlavə edib. xəbər verir ki, sənətçi bu dəfə "Olmaz olaydı" adlı mahnısını dinləyicilərin ixtiyarına verib. . Bəstənin sözləri Rafael Şabanova, musiqisi is

Ər çörəyi yeyəndə kökələcəm' - Səmra

Model Səmra Hüseynova sosial şəbəkədə paylaşdığı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, o, izləyicilərinə arıq olmağın fəsadlarından danışıb. Model bildirib ki, bədəni ilə pul qazandığı üçün bu çəkidə qalmağa məcburdur:

Cinsiyyətini dəyişən aktrisa boksla məşqul olur - FOTO

Cinsiyyət dəyişdirən və son illərdə həm karyerası, həm də şəxsi həyatı ilə tez-tez gündəmə gələn aktyor Elliot Peyc yeni hobbisini açıqlayıb. xarici mətbuata istinadən xəbər verir ki, məşhur ulduz boks məşqlərinə başladığın

Hudutsuz sevda'nın aktrisası nişanlandı

Türkiyənin "Sureç Film" şirkətinin sahibi İsmayıl Gündoğdu ilə tanınmış aktrisa Zəhra Yılmaz ailə qurmaq yolunda ilk addımı ataraq nişanlanıblar. . Cütlüyün nişan mərasimində incəsənət aləmindən tanınmış simala

Məşhur müğənninin qardaşı saxlanıldı

İstanbul Anadolu Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində Şile Bələdiyyəsinə dair yeni əməliyyat keçirilib. xəbər verir ki, İstanbul və İzmir şəhərlərində eyni vaxtda həyata keçirilə

Ebruya qarşı böyük tərbiyəsizlik etmişəm' - Sərdardan illər sonra etiraf

Müğənni Serdar Ortaç həmkarı Ebru Gündeşlə bağlı maraqlı açıqlamalar verib. xəbər verir ki, sənətçi bu barədə türk mediasına danışıb. Serdar Ebru ilə heç vaxt sevgili olmadıqlarını deyib. Sənətçi etiraf edib ki, Ebru Günde

Dəniz Göktaş saxlanıldı

"Ölü Dəniz" adlı stand-up şousu ilə gündəmə gələn komediya ustası Dəniz Göktaş saxlanılıb. xəbər verir ki, Türkiyəli komediya ustası Dəniz Göktaş xarici ölkəyə səfərdən İstanbula qayıdarkən hava limanında paspor


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 axsam.az xeberler valyuta sonxabar