İcma sədri: "Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir

İcma sədri: "Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edirİcma sədri: "Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir"
"Son günlər Ermənistan Xarici İşlər nazirinin, eləcə də bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qanunsuz rejimin qondarma nümayəndəsinin bəyanatları bir daha işğalçı ölkənin əsl xislətini nümayiş etdirib. Ermənistanın danışıqlar pərdəsi arxasında gizlənərək saxta görüntü yaratması, vaxt uzatmağa çalışması və işğala əsaslanan mövcud status-kvonu möhkəmləndirməsi siyasəti bir daha bütün dünyaya bəyan edilib".
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib. 
O vurğulayıb ki, Ermənistanın münaqişənin həlli üzrə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəstəklədiyi mərhələli həll variantını rədd etməsi danışıqlar prosesini tamamilə alt-üst edir: "Məlum olduğu kimi, bir müddət öncə Ermənistanın baş naziri Madrid prinsiplərinin onlar üçün mövcud olmadığını bildirmişdi. Bütün bunlar həm də ATƏT-in Minsk Qrupunun həmsədrlərinə qarşı açıq-aşkar saymamazlıqdır.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, Ermənistanın danışıqlar prosesinin təməl prinsiplərinə zidd olan son hərəkətləri ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəti mövqe ifadə etməyə çağırırıq.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının son hadisələrlə bağlı aşağıdakı mövqeyini diqqətinizə çatdırırıq:
1. Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycandır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları ATƏM-in (indiki ATƏT) Helsinki Nazirlər Şurasının 1992-ci ildə təsbit etdiyi kimi münaqişənin bərabərhüquqlu maraqlı tərəfləridir. 2019-cu il ərzində ATƏT-in Minsk Qrupunun regiona səfərləri zamanı keçirilən görüşlər və səsləndirdikləri bəyanatlar bir daha bunu təsdiq edir.
2. Hamı tərəfindən qəbul edilmiş danışıqlar formatının dəyişdirilməsi mümkün deyildir. Buna cəhd edilməsi təxribatdır və danışıqlar prosesini pozur.
3. Ermənistanın iddia etdiyi təhlükəsizlik məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, əslində təhlükəsizliyə ən böyük təhdid Azərbaycanın işğal altındakı ərazilərində Ermənistan Silahlı Qüvvələrinin mövcudluğudur. Öz müqəddəratını təyin etmək pərdəsi altında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalına bəraət qazandırmaq cəhdləri nəticəsizdir və özünü aldatmaqdan başqa bir şey deyildir. Dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, ilk növbədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələb etdiyi kimi Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazilərini tərk etməli və oradan qovulmuş azərbaycanlı əhali öz torpaqlarına geri qayıtmalıdır.
4. Azərbaycanın işğal edilmiş torpaqlarındakı qanunsuz rejim işğalçı Ermənistan tərəfindən idarə edilən qondarma bir alətdir və işğala don geyindirmək üçün istifadə olunur. Son qondarma "seçkilər"ə münasibət bir daha beynəlxalq ictimaiyyətin bu qanunsuz rejimi tanımadığını göstərdi. ATƏT-in Minsk Qrupunun həmsədrləri, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, NATO kimi beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr öz mövqeyini aydın surətdə ifadə etdilər.
5. Ermənistan işğal və etnik təmizləmə ilə əldə etdiyi vəziyyətdən öz məqsədləri naminə istifadə edərək, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mövcudluğunu belə inkar edir və icmanın sülhə, birgə yaşayışa yönəlmiş çağırışlarını cavabsız qoyur. Bununla da Ermənistan danışıqlar yolu ilə münaqişənin həlli perspektivini məhv edir.
Dağlıq Qarabağ əhalisinin 3/1-ni təşkil edən azərbaycanlı icmasının öz evlərinə qayıda bilməməsi şəraitində təhlükəsizlikdən danışmaq qeyri-mümkündür. Ona görə də təhlükəsizliyin ən vacib şərtlərindən biri azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıdışıdır.
6. Ermənistanın və qondarma rejimin Azərbaycanı hədələməsi boş illuziyadan başqa bir şey deyildir. 2016-cı ilin aprelində Ermənistanın bu kimi təxribatlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin ilk növbədə təmas xəttində yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi əks-həmlə tədbirləri bunu sübut edir.
7. Ermənistan tərəfindən işğalın davam etdirilməsi onun və regionun təhlükəsizliyini möhkəmləndirmir, əksinə ciddi zərbə altına qoyur. Bunun məsuliyyətini isə yalnız Ermənistan daşıyacaq.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində erməni icması ilə sülh şəraitində birgə yaşamağa hazır olduğunu bir daha bəyan edir".

Siyasi       Tarix: 23 aprel 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeber cəbhədən son məlumat bu gunun xeberleri kriminal bugun