İcra başçıları kütləvi ixtisarlara başladı: Vəzifələr niyə ləğv edilir?

İcra başçıları kütləvi ixtisarlara başladı: Vəzifələr niyə ləğv edilir?Son dövrlər şəhər və rayon icra hakimiyyətlərində aparılan struktur dəyişiklikləri dövlət aparatında yeni mərhələnin başlandığını göstərir. Rəsmi izahlar optimallaşdırma, səmərəliliyin artırılması və idarəetmənin çevikləşdirilməsi üzərində qurulsa da, prosesin arxa planında daha ciddi suallar dayanır: niyə məhz indi və niyə bu qədər genişmiqyaslı?
Yerli KİV-lərin məlumatına görə, artıq bir sıra icra hakimiyyətlərində şöbələr ləğv edilir, birləşdirilir və onların yerində daha az işçi heyəti olan sektorlar yaradılır. Ən diqqətçəkən dəyişikliklərdən biri "Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş", "İctimai-siyasi və humanitar məsələlər" şöbələri ilə "İnformasiya təminatı və təhlil" sektorunun birləşdirilməsidir. Bu strukturun yerində "Ərazi-təşkilat və ictimai-siyasi məsələlər" adlı yeni şöbə formalaşdırılıb.
Oxşar proses sosial-iqtisadi və tikinti sahəsində də aparılıb.
"Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması" şöbəsi "Memarlıq və tikinti" şöbəsi ilə birləşdirilərək vahid struktur – "Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri" şöbəsi yaradılıb. Yeni şöbənin daxilində isə müvafiq sektorlar fəaliyyət göstərəcək.
Bu dəyişikliklər ilk baxışdan texniki xarakter daşıyır. Ancaq reallıqda söhbət kütləvi ixtisarlardan gedir. Çünki sektorlaşma avtomatik olaraq ştat vahidlərinin azalması deməkdir. Bir neçə şöbənin gördüyü iş indi daha az sayda əməkdaş tərəfindən icra ediləcək.
İxtisar dalğası yalnız aparat səviyyəsi ilə məhdudlaşmır. Qəsəbə və kənd icra nümayəndəliklərində də ciddi dəyişikliklər aparılıb. Belə ki, icra nümayəndəsinin müavini və baş mühasib vəzifələri ləğv edilib. Bu postlarda çalışan şəxslər ixtisara düşüb. Yeni qaydalara əsasən, icra nümayəndəliklərinin ştat sayı əhali sayına görə müəyyənləşdirilib: əhalisi 10 min nəfərədək olan ərazilərdə 3, 10 mindən çox olanlarda isə 4 əməkdaş nəzərdə tutulur.
Maraqlıdır ki, bu qərarlar illərdir tənqid hədəfində olan icra hakimiyyəti sistemində köklü islahatların başlanğıcı kimi təqdim edilir. Bu islahatlar həqiqətən idarəetmənin keyfiyyətini artıracaq, yoxsa sadəcə kağız üzərində struktur dəyişiklikləri ilə kifayətlənəcək?
Digər tərəfdən, ixtisarların sosial nəticələri də diqqətdən kənarda qala bilməz. Uzun illər icra strukturlarında çalışan yüzlərlə insan bir anda işsiz qalır. Alternativ məşğulluq imkanlarının məhdud olduğu regionlarda bu, əlavə sosial gərginlik riski yaradır.
Ağ Partiya sədri Tural Abbaslı Musavat.com-a bildirib ki, hökumət kütləvi ixtisarları struktur dəyişikliyi kimi təqdim edir.
Onun sözlərinə görə, ixtisarlar daha çox maliyyə problemlərinin həll olunması üçün atılmış ixtisarlardır:
"İşləyən mexanizm aradan qaldırılır, amma onun yerinə təklif olunan mexanizmlər aydın deyil. Bu strukturlar daxili qərarlarla ixtisara salınır, birləşdirilir və regionlaşdırılır. Düşünə bilərlər ki, bu yaxşı haldır, büdcəyə düşən yük azalır. Lakin bunun əks tərəfi də var, bəs orada çalışan minlərlə insanın taleyi necə olacaq? O insanlar necə iş tapacaq? Onlar həyatlarının 20-30 ilini bu işə sərf ediblər və hazırda pensiya yaşına da çatmayıblar, üstəlik də başqa işdə də işləmək şansları yoxdur. İslahat aparılan zaman işsiz qalan insanların taleyi barədə əvvəlcədən qərar verilməlidir. Görünən odur ki, hazırda icra hakimiyyətlərində ixtisara düşənlərlə bağlı heç bir tədbir görülməyib və "özləri iş tapsın" yanaşması göstərilir". 
Partiya sədri bildirib ki, regionlarda icra hakimiyyətləri strukturunun idarəçiliyini bəyənmir:
"Lakin bunun struktural bir problem olduğunu düşünmürəm. Bu, həm personal problemidir, eyni zamanda nəzarət mexanizmlərinin aktiv olmamasından qaynaqlanır. Dövlət başçısı da öz çıxışında qeyd etdi ki, ola bilsin ki, icra hakimiyyətləri ləğv olundu və yeni model olaraq prezidentin səlahiyyətli nümayəndəliyi yaradıldı. Lakin Naxçıvandakı səlahiyyətli nümayəndəlik göstərdi ki, bu da uğurlu model deyil. Bu o deməkdir ki, kadr seçimi mexanizmi olmalıdır. Azərbaycanda yəqin ki, bu iş zaminliklə, yəni kiminsə təqdimatı ilə vəzifələrə təyinat edilir. Digər tərəfdən təyin edilmiş adamın başı üzərində siyasi anlamda hər hansısa bir nəzarətin olmaması da diqqət çəkir. Müxalifətin də nəzarət mexanizmi olmalıdır. Özləri qərar verir, özləri icra edir. Bu yanaşma düzəlmədikcə vəziyyət belə də davam edəcək. Köklü dəyişikliklər üçün müxalifət dövlət idarəçiliyinə buraxılmalıdır ki, o, öz funksiyasını yerinə yetirə bilsin. Müxalifətin işi təftiş, tənqid və nəzarətdir. Bu, olmadığı halda məmurun korrupsioner və ya dürüst olduğunu necə öyrənə bilərik ? Əks halda simvolik dəyişikliklərin, ixtisarların nəticə verəcəyinə inanmıram". / azxeber.com

Siyasi       Tarix: 17 yanvar 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


azerbaycan xeberleri yeni xeberler son xeberler zelzele son xeberler bu gun bugun xeberler qarabag