İcra başçıları məzuniyyətdən geri çağırıldı - Referendum hazırlığı

İcra başçıları məzuniyyətdən geri çağırıldı - Referendum hazırlığıAzərbaycanda bütün rayon-şəhər icra hakimiyyətlərinin başçıları Prezident Adminstrasiyasından gələn təlimat əsasında məzuniyyətdən geri çağırılıb. Onlar avqustun 15-dən etibarən işə çıxmalıdırlar, çünki vacib dövlət tədbirinin həyata keçirilməsinə hazırlıq başlanıb.
KONKRET.az-ın məlumatına görə, bu barədə Gununsesi.info-ya məlumat verən mənbə bildirib ki, payızda ölkədə Konstitusiya dəyişikliyi üçün  referendumun keçirilməsi planlaşdırılır. Məlumata görə, hazırlanan layihədə icra, qanunverici hakimiyyət sistemində bir sıra mühüm dəyişikliklərin aparılması yer alıb.
Belə ki, yerli icra hakimiyyətlərinin ləğv olunacağı, onları 14 iqtisadi zona üzrə Prezidentin Xüsusi nümayəndələrinin əvəz edəcəyi gözlənilir.
Xatırladaq ki, Azərbaycanda əksər dövlət qurumlarının rayonlar üzrə yerli şöbələri ləğv edilərək onların səlahiyyətləri regional idarələrə verilib.
Nəticədə, yerli icra hakimiyyətləri demək olar ki, səlahiyyətsiz qalıb, hökumətin məqsədi bu qurumları da regional idarəçilik sistemi ilə əvəzləməkdir.
Mənbə bildirib ki, referendumda ümumxalq səsverməsinə çıxarılacaq məsələlərdən biri də Milli Məclisin tərkibinin genişləndirilməsi, iki palatalı parlament institutunun yaradılmasıdır. Belə ki, 151 nəfərdən ibarət olacaq aşağı palata, regional təmsilçilik əsasında yuxarı palata-Senatın formalaşdırılması nəzərdə tutulub.
Məlumata görə, layihədə Nazirlər Kabinetinin ləğv olunması, vitse-prezidentlik institunun gücləndirilməsi, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi, habelə seçki sisteminin dəyişdirilməsi kimi məsələlər də yer alıb.
Mənbəmiz xüsusi ilə qeyd edib ki, parlament seçkilərinin proporsioanl qaydada keçirilməsi də təkliflər sırasındadır. İlin əvvəlindən "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu, onun tələblərindən irəli gələrək, Ədliyyə Nazirliyinin apardığı proses də proporsional seçki sisteminə keçidin tərkib hissəsidir.
Xatırladaq ki, Azərbaycanda  bundan əvvəl 2000-ci ildə, 2009 və 2016-ci illərdə Konstitusiyaya dəyişikliklər həyata keçirilib.

Siyasi       Tarix: 11 avqust 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər qarabag valyuta mezennesi zelzele