İcra başçısının sabiq birinci müavini niyə döyülüb?
Samux Rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Tahir Qarayevə qarşı fiziki güc tətbiq edərək xuliqanlıq əməli törədən şəxsin məhkəməsi yekunlaşıb.
KONKRET.az"Teleqraf"a istinadla xəbər verir ki, hökmə əsasən, hadisədə günahlandırılan Samux rayonunun Lək kəndinin sakini – 2000-ci il təvəllüdlü Fərhad Quliyev (ad və soyad şərtidir – red.) iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Lakin məhkəmə onun cəzasını şərti hesab edərək, şəxsin üzərində 1 il 6 ay sınaq müddəti təyin edib.
Araşdırmalar zamanı məlum olub ki, tərəflər arasında gərginlik icra başçısının birinci müavininin qarşı tərəfə əlaqə nömrəsini verməməsindən sonra yaranıb. Mübahisə zəminində F.Quliyev icra hakimiyyətinin balansında olan HAVAL markalı nəqliyyat vasitəsinin ön şüşəsini sındırıb və nəticədə quruma 350 manat maddi ziyan dəyib.
İnsident nəticəsində Tahir Qarayev sol qolunun said nahiyəsinin əzilmiş yarası və biləyin hematoması ilə müşayiət olunan bədən xəsarətləri alıb.
Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, hadisənin kökündə Samux rayonunun Lək kəndindəki evində yaranan qaz problemi dayanır. Vətəndaş küçəyə qaz xətti çəkilsə də, onun evinə təbii yanacaq verilmədiyi üçün icra hakimiyyətinə müraciət edibmiş. Bundan əlavə, o, rəhbərlikdən evi üçün qaz sobası istəyib. Ona söz verilməsinə baxmayaraq, vəd yerinə yetirilməyib.
Məhkəmə iclasında zərərçəkmiş qismində tanınan T.Qarayev təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bəyan edərək, ona yüngül cəza təyin olunmasını xahiş edib.
Qeyd edək ki, məhkum olunan şəxs Vətən müharibəsi iştirakçısıdır.
Xatırladaq ki, T.Qarayev ötən ilin dekabr ayında tutduğu vəzifədən azad olunub. Onun işdən ayrılmasına səbəb kimi səhhətində yaranmış problemlər əsas gətirilib.
Xatırladaq ki, hazırda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevdir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub