İctimai Şura 2-ci sinif şagirdi ilə bağlı hadisəni ARAŞDIRIB

İctimai Şura 2-ci sinif şagirdi ilə bağlı hadisəni ARAŞDIRIBElm və Təhsil Nazirliyi yanında İctimai Şura Bakının Ramana qəsəbəsindəki 90 nömrəli orta məktəbdə 2-ci sinif şagirdi Məmmədzadə Təranə ilə bağlı baş verən hadisəni araşdırdığını bildirib.
KONKRET.azxəbər verir ki, İctimai Şuranın sədri Günel Səfərov araşdırmanın nəticəsini açıqlayıb.
O, bununla bağlı aşağıdakıları deyib:
"Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə və psixoloqun iştirakı ilə məktəb rəhbəri ilə görüşdük.
Hadisə baş verən sinfin rəhbəri Südabə Şükürova hazırda səhhətində problem (hamilədir və iki ay sonra analıq məzuniyyətinə çıxacaq) yarandığı üçün onunla telefon əlaqəsi yarada bildik. Müəllimin qeyd etdiyi əsas məqamlar bunlardır:
"Hadisə 7 noyabr tarixində Zəfər bayramına həsr olunmuş tədbirdən sonra sinif şagirdlərinin zalda şeirlərin deyilməsi və rəqsin edilməsi zamanı baş verib. Uşağın atası onun vəziyyəti ilə bağlı məlumatlandırılıb və xəsarətin miqyasının gözlə çox görünmədiyini düşünülərək təcili tibbi yardıma müraciət edilməyib. Uşağı ziyarət etmək istəsək də, valideyn bunu qəbul etməyib"".
G.Səfərova bildirib ki, müəllim valideynlə dünən və bu gün telefon əlaqəsi yaradıb. Məlum olub ki, onun əsas şikayəti məktəb rəhbərliyinin və müəllimin etinasızlığı, uşağın zədə alması faktı ilə bağlı zamanında məlumatın verilməməsi və uşağın sonrakı vəziyyəti ilə bağlı maraqlanılmaması olub.
"Qeyd edim ki, məktəb rəhbərliyi hadisə ilə bağlı gec məlumatlandırıldığını qeyd edib.
Şura sədri olaraq qeyd etməliyəm ki, müəllimə bu hadisədə daha həssas yanaşmalı və uşağın təhlükəsizliyinin təminatını əsas hədəf götürməli idi. Eyni zamanda, uşağın xəsarət alması ilə bağlı məlumatı təxirəsalmadan rəhbərliyə, valideynə və məktəbdəki tibbi personla bildirməli idi.
Məktəb rəhbəri müəllim haqqında inzibati tədbir görərək, töhmət verib.
İstənilən hadisə zamanı əsas üstünlük uşağın rifahının və onun təhlükəsizliyinin təminatı olmalıdır. Bu məqsədlə də ümid edirəm ki, həm uşaq müəssisələri, həm də valideynlər uşaqlara təhlükəsizlik qaydalarını bir daha aşılamalıdır".
G.Səfərova İctimai Şura olaraq məsələnin sonrakı hüquqi prosedurlarını da diqqətdə saxlayacaqlarını bildirib.
Xatırladaq ki, Ramana qəsəbəsindəki 90 nömrəli orta məktəbin ikinci sinif şagirdi Məmmədzadə Təranə gözündən ağır zədə alıb. Bununla bağlı sosial şəbəkələrdə müvafiq görüntülər yayılıb.
Məktəbdən verilən məlumata görə, Təranə noyabrın 7-də qaçarkən digər uşaqla toqquşub. Həmçinin bildirilir ki, məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.
Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.
Daxili İşlər Nazirliyindən təqdim olunan açıqlamada isə qeyd olunub ki, şagirdin göz nahiyəsinin xəsarət faktında qəsd aşkar olunmayıb. Müəyyən edilib ki, hadisə məktəbin akt zalında Təranə Məmədzadənin digər şagirdlə toqquşması nəticəsində baş verib.

Sağlamlıq       Tarix: 27 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün son xəbər son xeberler az sosial yardim