İdeyanı Birbank-ın "Spark Tələbə İnnovasiya proqramı" ilə gerçəkləşdir

İdeyanı Birbank-ın Tələbələrə şad xəbər! Ölkənin ilk rəqəmsal bankı Birbank bankçılıq sahəsində yeni ideyaları olan, innovativ həllər təqdim etmək istəyən, yenilikçi tələbələrə unikal imkanlar yaradır. 16 oktyabr tarixində start verilən "Spark Tələbə İnnovasiya proqramı" böyük hədəfləri və arzuları olan gənclərə yeni qapılar açır.
Proqramda ölkə üzrə ali məktəblərdə 3 və 4-cü kursda təhsil alan, orta göstəriciləri 70 və üzəri olan bakalavr və magistr tələbələrinə iştirak imkanı yaradılacaq. İştirakçı olmaq istəyən tələbələr məhsul sahibi, biznes analitik, developer, dizayner rollarını icra edən 4 nəfərlik komanda formasında layihəyə müraciət edə bilər.
İdeyası bəyənilən və "İlkin qiymətləndirmə", "Tapşırıq", "Müsahibə" mərhələlərini uğurla keçən komandalar layihədə iştirak hüququ qazanacaqlar. Daha sonra onlar üçün yeni biliklər, təcrübələrlə dolu bir mərhələyə start veriləcək. Onlara Birbank-ın peşəkar mütəxəssisləri tərəfindən həyata keçirilən xüsusi mentorluq, təcrübə proqramı və təlimlərdə iştirak imkanları yaradılacaq. Proqramın final mərhələsində isə komandalar ideyalarını təqdim edəcəklər. Proqramın yekunlarına əsasən, ideyaları ən uğurlu hesab edilən 3 komanda müvafiq olaraq 4000, 2000 və 1000 manat məbləğində mükafat qazanacaq.
Müraciət və qeydiyyat üçün: www.kbl.az/tpi 
Layihənin məqsədi yeni texnologiya və innovasiyalara marağı olan gəncləri bir araya gətirmək, onların gələcək fəaliyyətini stimullaşdırmaq, real iş mühitində praktiki təcrübə imkanı yaratmaqdır. "Spark Tələbə İnnovasiya proqramı" həmçinin gənclərə komanda işi, şəbəkələşmə, müasir bankçılıq mühitində layihələrin idarə edilməsi kimi bacarıqlar da qazandıracaq.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.  / azxeber.com

İqtisadiyyat       Tarix: 21 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gunun xeberleri haqqinda melumat son xeberler azerbaycan cəbhədən ən son xəbər cəbhədən son xeber