İdmanı sev-sağlam ol' layihəsinə start verilib - FOTOLAR
Naftalanda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "İdmanı sev-sağlam ol" layihəsinə start verilib.
azxeber.com xəbər verir ki, layihə çərçivəsində GİKM Gəncə-Daşkəsən regional nümayəndəliyinin Naftalan bölməsinin dəstəyi ilə veloyürüş keçirilib. Veloyürüşdə həvəskar velosipedçilər iştirak ediblər.
İdman tədbirinin təşkilində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi, ekoloji nəqliyyat vasitəsindən istifadə etməklə ətraf mühitin qorunması, xüsusən də uşaqlar və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.
Yürüşə müxtəlif yaş aralığında 40-dan artıq iştirakçı qatılıb. Veloyürüş iştirakçıları başlanğıc nöqtəsi Heydər Əliyev parkı olmaqla ümumilikdə 2.5 km məsafə qət ediblər.
Onu da vurğulamaq istərdik ki, 2021-ci ildə ölkədə və Naftalanda ilk 7 km uzunluğunda velosiped həvəskarları üçün veloyol çəkilmişdir.







Xidmetler [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat