İdrakla yaşanan ömrün təntənəsi

İdrakla yaşanan ömrün təntənəsiDoxsanıncı illərin əvvəllərində Azərbaycan xalqı müstəqilliyini bərpa etdi. Köklü dövlətçilik ənənələrini demokratik prinsiplər əsasında qurmağa, inkişaf etdirməyə başladı. Bu günə və sabaha münasibətdə yeniliklərlə çıxış etmək, müasir dünyanın tələblərinə uyğunlaşmaq əsas qayə hesab olunsa da, fəqət bu çoxşaxəli gedişat soykökümüzə, keçmişimizə bağlılıq üzərində qurulur, inkişaf etdirilirdi. Sözsüz ki, bu istiqamətdə çətinliklər, müxtəlif maneələr də vardı. Buna baxmayaraq dövlətimiz inamla irəliləməkdə davam edirdi. Bu da qaçılmaz idi. Çünki müstəqilliyin çətinliklə qazanıldığı bir zamanda, habelə yeniləşən dünyada köhnə tələb-münasibətlər, qayda-qanunlar, meyarlarla işləmək olmazdı. Buna görə də müasir təhsilin inkişafı dövlətin aparıcı xəttini təşkil edirdi. Şübhəsiz ki, gedişatın önündə böyük müəllim ordusu dayanırdı. Əbəs yerə deyildi ki, müasir və müstəqil Azərbaycanın qurucusu əbədiyaşar Heydər Əliyev müəllim adına ən ali qiymət verərək: "Yer üzündə müəllimdən yüksək ad tanımıram!" deyirdi. Böyük dövlət xadimi Heydər Əliyev təhsil sahəsini zamanın tələblərinə uyğun şəkildə qurmağa, islahatlar həyata keçirməyə başladı. Beləcə müstəqilliyin ilk illərindəcə təhsil müəssisələrinin pozulmuş fəaliyyəti bərpa olundu, planlı islahatlar həyata keçirildi. Təhsilin məzmunu, vəzifələri dəyişdi, köhnə stereotiplər aradan qaldırıldı, yeniliyə açıq, yaradıcılığa meyilli şagirdlər yetişdirilməyə başlanıldı. Artıq müəllim milli ideologiyanın tələblərinə cavab verəcək yeni insanın formalaşdırılması istiqamətində həssas, vacib, gərəkli və olduqca məsuliyyətli vəzifəni çiyinləri üzərinə götürmüşdü. Müəllim ordusu müasir təhsillə bərabər, təlim-tərbiyə ilə də məşğul olur, milli ideologiyanın formalaşmasında, milli düşüncənin düzgün məcrada inkişafında əvəzsiz xidmətlər göstərirdi. Xalqa xas dəyərləri yad və sərt təsirlərdən, təbəddülatlı dünyadan qoruyur, sözün tam mənasında fədakar əməkləri ilə seçilirdilər. Bu mənada xalqın dilində müəllim və məktəb ifadələri həmişə mübarək məqamda səslənir. 
Belə mübarək ocaqlardan biri də məzunu olduğum Nəsimi rayonunda yerləşən Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdir. İllər keçsə də məktəbdə pedaqoji heyətin vaxtilə formalaşdırdığı sağlam mühit heç bir təsirə məruz qalmadan bugünkü günə qədər davam etməkdədir. Maraqlıdır ki, müəllimlərimizin siması bu gün də yaddaşımızda, gözlərimiz önündə canlanır. Biz həm də onların elmi, mənəvi, pedaqoji simasını tədris etdikləri dərslərlə yadda saxlamışıq. Bu dərslər canıyananlıqla, hümmət və qeyrətlə keçirilib. Şəkk-şübhəsiz ki, onların zəhməti əvəzsiz və əbədidir... Buna baxmayaraq, müəllimlərimizin məktəbdən ayrılıq xəbərlərini eşitdikcə mütəəssir oluruq. Şagird ikən elə zənn edirdik ki, məktəb müəllimlərimizin evidir. Müəllimi ikinci valideyn bilirdik. Müəllimlər öz övladlarından daha çox biz şagirdlərə zaman ayırırdı. Bu mənada məktəb, şagird amili müəllim üçün ifadə olunmayacaq qədər doğma və ayrılmazdır. 
Yadımdadır, şagird ikən Bilik günü 1 sentyabr tarixinə təsadüf edirdi. Həmçinin bu təsadüfün üzərinə bir də müəllimim Aybəniz Soltanovanın doğum günü gələrdi. Burada təsadüfdən daha çox zərurət vardır. Çünki o, müəllim ailəsində dünyaya göz açıb. Mənalı ömrünü gənc nəslin təlim-tərbiyəsinə, övladlarının qayğısına bağlayan ziyalı xanım, nəcib insan kimi məsuliyyətlə çalışıb, heç vaxt bilik və bacarığını başqalarından əsirgəməyib. Aybəniz Soltanova həlim xasiyyəti, nəcib əməlləri, insani keyfiyyətləri ilə müəllimlik peşəsinin xüsusiyyətlərini, xarakterik cəhətlərini, bu sahənin cəmiyyət qarşısındakı məsuliyyət yükünü batinində yaşadır, ətrafa sirayət etdirir. Pedaqoji peşənin səciyyəvi xüsusiyyətlərindən olan "müəllim-tərbiyəçi" meyarına sadiq qalaraq, bu amili ömür kredosuna çevirdi.
Amma nə qədər çətin olsa da bu gün bir ayrılıq yenidən yaşandı. Orta məktəbə qəbul olunmağımda, təhsilə yiyələnməyimdə zəhməti, əməyi olan əziz müəllimim Aybəniz Soltanova, sanki bu gün uzun illik pedaqoji fəaliyyətinin son hesabatını verirdi. Doğrudur, bəlkə də müəllimlər belə məqamları, ayrılıqları soyuqqanlıqla qarşılayırlar. Axı onların başqa bir vəzifələri də rüblər, yarım illər üzrə aparılan və başa çatdırılan dərslərin nəticələrini təhlildir. Ona görə də bugünkü tədbiri idrakla yaşanan ömrün təntənəsi də adlandırmaq olardı. Beləcə, şagirdlərinə canlıların bioloji təkamülü, inkişafı ilə bərabər, həm də insan şəxsiyyətinin düzgünlük, ləyaqət prinsiplərini aşılayan dəyərli müəllimimiz Aybəniz Soltanovanın yubiley yaşı, həmçinin pedaqoji fəaliyyətinin 30 illiyi məktəb rəhbərliyi, müəllim yoldaşları, sevimli şagirdləri əhatəsində unudulmaz tarixə çevrildi.
Əsgər İsmayılov
İdrakla yaşanan ömrün təntənəsiİdrakla yaşanan ömrün təntənəsiİdrakla yaşanan ömrün təntənəsiİdrakla yaşanan ömrün təntənəsi/ azxeber.com

Sosial       Tarix: 03 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


son xeberler yeni xeberler azerbaycan xeberleri butun xeberler xeber cəbhədən görüntüleri xeberler az