II İlya dəfn olunub, mərasimdə Sahibə Qafarova da iştirak edib - FOTOLAR

II İlya dəfn olunub, mərasimdə Sahibə Qafarova da iştirak edib - FOTOLARXəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin dəfn mərasimində iştirak etmək üçün Gürcüstanda səfərdədir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən azxeber.com-a verilən məlumata görə, martın 22-də səhər saatlarında Tbilisidə Müqəddəs Üçlük Kafedralında keçirilən mərasimdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Azərbaycan xalqının dərin hüzn və ehtiramını Gürcüstan xalqına çatdırıb.
Tədbirdə Ekumenik Patriarx, eləcə də Gürcüstan Prezidenti, Parlamentin sədri, Baş nazir və Gürcü Arzusunun Fəxri Sədri məbəddə toplaşanlara müraciət ediblər.
Patriarxı son mənzilə yola salmaq üçün yürüş Müqəddəs Üçlük Katedralından başlayıb və patriarxın cənazəsi xüsusi ehtiramla Sioni Kafedralına doğru yola salınıb. Ölkə üzrə fəaliyyət göstərən bütün kilsələrdə dəfn zəngləri çalınıb və yüz minlərlə insan küçələrə axışaraq patriarxa son ehtiramlarını ifadə ediblər.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə, Baş nazirin müavini Samir Şərifov və Milli Məclisin bir qrup deputatı daxildirlər.
II İlya dəfn olunub, mərasimdə Sahibə Qafarova da iştirak edib - FOTOLARII İlya dəfn olunub, mərasimdə Sahibə Qafarova da iştirak edib - FOTOLARII İlya dəfn olunub, mərasimdə Sahibə Qafarova da iştirak edib - FOTOLARII İlya dəfn olunub, mərasimdə Sahibə Qafarova da iştirak edib - FOTOLAR

Siyasi       Tarix: 23 mart 2026
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnamı milli bayram münasibətilə təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli cənab Prezident,. Sinqapu

İranda siyasi böhran yaranacaq – Pezeşkianın istefası ilə bağlı mühüm açıqlama

İran Prezidenti Məsud Pezeşkianın istefa verəcəyi ilə bağlı yayılan iddialar müzakirələrə səbəb olub. Bəs belə bir ssenari nə dərəcədə realdır və bu, ölkədə siyasi böhrana yol aça bilərmi?. Mövzu ilə bağlı -a danışan siyas

"Vardanyanın rəhbərlik etdiyi bankı "camaşırxana" adlandırıblar" - Deputat

Türk-amerikalı kimyaçı və polimerlər üzrə mütəxəssis Ergün Kırlıkovalı amerikalı risk tədqiqatçısı Nassim Nikolas Talebə açıq məktub ünvanlayaraq, onun Ruben Vardanyanı dəstəkləməsini və Vardanyan həbsdə olduğu müddətdə Bakıd

"Qraparak": Paşinyan Papikyanı Alen Simonyanın taleyi ilə üz-üzə qoymaq istəyib

Ermənistanın müdafiə naziri Suren Papikyanın vəzifədən kənarlaşdırılması məsələsinin gündəmə gəldiyi iddia olunur. xəbər verir ki, "Qraparak" qəzeti hakimiyyət daxilindəki mənbələrə istinadən yazır ki, Baş nazi

İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev G20-yə dəvətə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trama təşəkkür edib. -un xəbərinə görə, Prezidenti İlham Əliyev bu barədə bu gün Donald Trampla telefo

Paşinyandan etiraf: ABŞ Ermənistanı dalandan xilas etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli görüşünün ölkəsini "dalandan çıxardığını" və yeni imkanlar yaratdığını bildirib

Prezident İlham Əliyev ABŞ prezidenti Donald Trampa məktub ünvanlayıb

Prezident İlham Əliyev ABŞ prezidenti Donald Trampa məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa. Hörmətli cənab Prezident,. Amerik

Medvedevdən Ermənistana HƏDƏ: "Gürcüstanın taleyini yaşaya bilərsiniz"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitriy Medvedev İrəvanın Qərblə yaxınlaşma kursunu davam etdirəcəyi təqdirdə Ermənistanı sərt təhlükələrin gözlədiyini bildirib. xəbər verir ki, o, Ermənistanın Gürcüstanın taleyin

Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Haber Global"a verdiyi açıqlama son illərdə Türkiyə cəmiyyətinin müəyyən kəsimlərind


son xeberler yeni xeberler azerbaycan xeberleri bugun xeberler dunya xeberleri sonxeberler valyuta mezennesi banklar