İki ay komada qalan qazidən xəbər var - VİDEO
44 günlük vətən müharibəsində Murovdağ istiqamətində ağır xəsarət alaraq 2 ay komada qalan qazimizdən xəbər var. Qazimiz bu yaxınlarda Türkiyəyə müalicəsini davam etdirmək üçün yola salınacaq. Qazimizin yaşadığı Sumqayıt şəhərində evində ziyarət olunub.
İkinci Qarabağ müharibəsində gözünü qırpmadan düşmənə ağır zərbələr vurub. 8 nəfərlə Murovdağ istiqamətində ermənilərə qarşı ağır döyüşlərdə fəal iştirak edib.
Həmin vaxt yoldaşlarından 4 nəfəri şəhid olub. Yanlarına düşən minamyot 22 yaşlı topçu Cahangir Əliyevi ağır yaralayıb.
Bakıda Mərkəzi Hərbi Klinik Hospitalda yerləşdirilib və 2 ay komada qalıb. Aldığı zərbə nəticəsində sol tərəfdən kəllə sümüyü sınıb, barmaqları qopub.
Qazimizin evində hazırda hospitalda müalicəsini davam etdirən Cahangir Əliyevlə videobağlatı yaradılıb.
Qazimizin atası deyir ki, oğlu sentyabrın 27-də hər kəs kimi döyüşə yollanıb. Bir neçə gün Cahangirdən xəbər ala bilmədikdə onlara övladlarının şəhid olduğu xəbəri verilib. Ancaq sonradan ağır yaralandığı məlum olub.
Qeyd edək ki, 22 yaşlı qazi Cahangir Əliyev bu yaxınlarda "Yaşat" fondunun dəstəyi ilə Türkiyədə müalicəsinin davam etdirilməsi üçün yola salınacaq.
/open.az
f Paylaş
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü