İki aylıq hazırlıq, ermənilərin pərişanlığı və müxalifətin ABŞ-yə asi düşməsi – SƏFİRİN SƏFƏRİ

İki aylıq hazırlıq, ermənilərin pərişanlığı və müxalifətin ABŞ-yə asi düşməsi – SƏFİRİN SƏFƏRİABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin Şuşa səfəri cəmiyyətimizdə razılıqla qarşılandı, erməniləri pərişan etdi. Ermənilərin pərişanlığının səbəbi bizim üçün tamamilə aydındır, buna heç vaxt sərf etməyə də dəyməz.
Amma bəzi müxalif qüvvələrin, xüsusilə də çörəyi hakimiyyətin tənqidindən çıxanların pərişanlığı anlaşılmazlıq yaradır. Halbuki amerikalı diplomatın Şuşaya getməsi iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına xidmət edən amildir. Belə çıxır ki, bəzi müxaliflərimiz Azərbaycanla ABŞ arasında münasibətlərin düzəlməsində deyil, korlanmasında maraqlıdırlar.
Nə yaxşı ki, Mark Libbinin Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı bir qrup jurnalistə verdiyi müsahibədən ruhlananların sevinci çox uzun sürmədi. Onun öz xanımı ilə Şuşa və Füzuliyə səfər etməsi, Cıdır düzündən müraciəti iki ölkə arasında münasibətlərin yaxşılaşmasında maraqlı olan qüvvələri sevindirdi.
Çünki siyasətdən az-çox başı çıxanlar anlayır ki, "vaxtı gələndə, mən bunu edəcəyəm" deyən ABŞ səfirinin müsahibədən cəmi iki gün sonra mədəniyyət paytaxtımız Şuşaya səfəri artıq rəsmi Vaşinqtonun Qarabağ məsələsində Azərbaycanın mövqeyini qəbul etməsi deməkdir. Elə amerikalı diplomatın bu səfərə iki aylıq hazırlığın aparıldığını etiraf etməsi də bir çox mətləblərdən xəbər verir. Bu o deməkdir ki, ermənipərəst Bayden administrasiyasının Qarabağın tacı olan Şuşaya səfərə razılıq verməsi üçün iki ay tələb olunub.
Hər halda, bu diplomatik hadisə Azərbaycan–ABŞ münasibətlərinin yaxşılaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda bu addım həm də Azərbaycan ictimaiyyətinin narazılığının Ağ Ev tərəfindən nəzərə alınmasının göstəricisidir. Çünki uzun illərdir cəmiyyətimiz bir məqamı heç cür anlaya bilmir. Bəli, ölkəmizdə insan hüquqları və qanunun aliliyi ilə bağlı problemlər var. Amma Azərbaycan müstəqil dövlət olaraq Birləşmiş Ştatlarla olan strateji tərəfdaşlıq münasibətlərinə xüsusi diqqət yetirir. Digər tərəfdən, əsrlər boyu Rusiyanın forpostu rolunu oynayan işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir.
Nə hikmətdirsə, Azərbaycanın Naxçıvan bölgəsini blokadaya alan, 30 il ərzində xalqımıza qarşı saysız-hesabsız hərbi, ekoloji cinayətlər törədən, etnik təmizləmələr həyata keçirən Ermənistana sanksiyalar tətbiq edilmir. Azərbaycan ABŞ-nin strateji tərəfdaşı olsa da, ölkəmizə qarşı 1992-ci ildə tətbiq edilən "Azadlığa dəstək haqqında" aktının 907-ci düzəlişi aradan qaldırılmır. Üstəlik, ABŞ Konqresindəki ermənipərəst qüvvələr ölkəmizi yeni sanksiyalarla təhdid edirlər.
Ümid edirik ki, Şuşada və Füzulidə gördüklərindən sonra amerikalı səfir öz "boss"larını bu yolverilməz siyasətin əhəmiyyətsiz olduğuna inandıra biləcək. Çünki öz müstəqilliyi uğrunda fədakarlıqla mübarizə aparmış, erməni faşizmi üzərində ədalətli qələbə çalmış sülhpərvər, mültikultural, tolerant Azərbaycan dövləti ilə təhdid dilində danışmaq qəbuledilməzdir. Bu, hakimiyyətdə kimin olmasından asılı olmayaraq hər zaman belə olacaq!
Xatirə SADİQ,
KONKRET.az

Siyasi       Tarix: 08 may 2024
f Paylaş

Oxşar xəbərlər

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


azerbaycan xeberleri son xeberler yeni xeberler hava haqqinda cəbhədən son xəbərlər qurban bayrami 2026 son xəbərlər bugün 2026