İki əzəli düşmən birləşir

İki əzəli düşmən birləşirBöyük Britaniyanın "Telegraf" nəşri Azərbaycan-Rusiya və Ermənistan-Rusiya münasibətləri ilə bağlı diqqətçəkici məqalə paylaşıb.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bəzi fakt və məqamlar təhrif edilsə də, ümumi yanaşmanı nəzərə alaraq, məqalədən əsas hissələri təqdim edir:
"Rusiya ilə Azərbaycan arasında münasibətlər kəskin şəkildə pisləşib. Bir müddət əvvəl Yekaterinburqda 25 il əvvəl törədilmiş cinayətlərin istintaqı çərçivəsində azərbaycanlılar həbs edilib. İki şübhəli istintaq təcridxanasında ölüb (Səfərov qardaşlarının biri evdə, hücum zamanı, digəri isə xüsusi təyinatlıların maşınında döyülərək öldürülüb – red.), qalanları vəhşicəsinə döyülüb. Azərbaycan buna sərt cavab verib: Rusiya mədəniyyətinə həsr olunmuş tədbirlər ləğv edilib, "Sputnik" agentliyinin ofisində axtarışlar aparılıb və rus proqramçılar həbs edilib (Həbs edilənlər rus proqramçılar deyil, FSB-nin agentləridir – red.). Rusiya dövlət televiziyasında "Bakını üç günə ələ keçirək" kimi təhdidlər səslənib. Ölkələr arasında genişmiqyaslı müharibə ehtimalı az olsa da, 30 ildir Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan Putini Cənubi Qafqazdan sıxışdırmaq üçün indi çoxdankı düşməni ilə birləşə bilər, bu da Moskva üçün təhlükə yaradır.
İyulun 10-da Əliyev və Paşinyan Ermənistan ərazisindən keçən Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizini müzakirə etmək üçün görüşüb. Bu dəhliz Orta dəhlizin – Çin və Avropa arasında ticarət yolunun bir hissəsi olacaq. Ermənistan və Azərbaycan arasında 2020-ci il atəşkəs razılaşmasına əsasən, marşrut Rusiya FTX-nin nəzarəti altında olmalıdır. Lakin Əliyev Moskvanı prosesdən kənarlaşdırmağa və dəhliz üzərində tam Azərbaycan nəzarəti bərqərar etməyə çalışdığı üçün bu razılaşma təhlükə altındadır (Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olmaması barədə mövqe Ermənistanındır – red.).
Böyük Britaniya Kral Birləşmiş Xidmətlər İnstitutunun beynəlxalq təhlükəsizlik proqramının direktoru Neil Melvin bildirib ki, bu, Rusiyanın regionda sonuncu böyük "kozırıdır":
"Bu, həm Ermənistan, həm də Azərbaycanla ticarət yollarına nəzarət etməyə və əlaqələr qurmağa imkan verir. Bu "kozırı" itirmək ciddi zərbə olardı".
Paşinyan və Ərdoğan bu yaxınlarda İstanbulda görüşüb və bu, Ermənistan-Türkiyə arasında diplomatik əlaqələrin olmamasını nəzərə alsaq, əlamətdar hadisədir. Rusiyanın təsirinə gəlincə, bu təsir 2023-cü ildə, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağdakı hərbi əməliyyatına müdaxilə etmədiyi vaxtda zəifləməyə başlayıb. Həmin vaxt Qarabağın demək olar ki, bütün erməni əhalisi bölgəni tərk etmək məcburiyyətində qaldı (ermənilər Qarabağı könüllü şəkildə tərk ediblər və bu barəıdə video-sübutlar da mövcuddur – red.) və Azərbaycan etnik təmizləmədə ittiham olundu. Bundan sonra Paşinyan Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyini davam etdirəcəyi təqdirdə onun uzunmüddətli gələcəyinin risk altında olacağına inanaraq Qərbə üz tutmağa və Bakı ilə barışmaq yollarını axtarmağa başladı. Bunun fonunda bir vaxtlar sovet oxları olan Ermənistan və Azərbaycan Rusiyasız yeni yol seçir".

Siyasi       Tarix: 15 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər


yeni xeberler son xeberler azerbaycan xeberleri krminal bu gun en son xeber en son xeberler cebheden xeberler