İki güləşçimiz Avropa çempionatının FİNALINDA
Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.
Publika.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da yer alan yunan-Roma güləşçiləri xalça üzərinə çıxıb.
Mübarizəyə 1/4 finaldan qoşulan Rahim Həsənov çexiyalı idmançıya vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Gürcüstan pəhləvanından da güclü olan həmyerlimiz adını finala yazdırıb.
Pərviz Dadaşov 1/8 finalda yerli idmançıya uduzub. Ancaq Bolqarıstan güləşçisi finaladək irəlilədiyi üçün millimizin üzvü iyunun 20-də təsəlliverici görüşə çıxacaq.
Fərid Xəlilov təsnifat mərhələsində gürcü rəqibi üzərində inamlı qələbə qazanıb. Xəlilov Moldova təmsilçisinə də eyni aqibəti yaşadıb. Ermənistan güləşçisini də xalçaya çıxmağa peşman edən Fərid adını yarımfinala yazdırıb. Türkiyədən olan rəqibini də vaxtından əvvəl məğlubiyyətə uğrada güləşçimiz finala adlayıb.
Ruslan Nurullayev debütdə alman həmkarına elə ilk hissədə tam üstünlüklə qalib gəlib. Nurullayev Serbiya güləşçisini də xalçadan erkən məyus yola salıb. Ruslan Gürcüstan pəhləvanının da öhdəsindən gəlməklə yarımfinala vəsiqə qazanıb.
Cavidan Nuri startda macar rəqibini yolundan kənarlaşdırıb. Ancaq 1/4 finalda belaruslu güləşçiyə məğlub olub.
Bu çəkilərdə təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalar iyunun 20-də keçiriləcək.
45 kq
1/4 final: Rahim Həsənov – Filip Çapka (Çexiya) 8:0
1/2 final: Rahim Həsənov - Anri Xozrevanidze (Gürcüstan) 8:5
Final: Rahim Həsənov - Nikita Dementiyev (Ukrayna)
51 kq
1/8 final: Pərviz Dadaşov – Borislav Kirilov (Bolqarıstan) 3:6
Təsəlliverici görüş: Pərviz Dadaşov - Erzu Zakriyev (Rusiya)
60 kq
Təsnifat: Fərid Xəlilov – Rati Xozrevanidze (Gürcüstan) 13:5
1/8 final: Fərid Xəlilov - Oleq Bajura (Moldova) 11:2
1/4 final: Fərid Xəlilov - Rostom Makiçyan (Ermənistan) 8:0
1/2 final: Fərid Xəlilov - Enes Ülkü (Türkiyə) 9:0
Final: Fərid Xəlilov - Levente Levay (Macarıstan)
71 kq
Təsnifat: Ruslan Nurullayev – Tom Stoll (Almaniya) 9:0
1/8 final: Ruslan Nurullayev - Miloş Peroviç (Serbiya) 8:0
1/4 final: Ruslan Nurullayev - Tornike Mikeladze (Gürcüstan) 5:2
1/2 final: Ruslan Nurullayev - Alperen Berber (Türkiyə) 3:5
Bürünc medal görüşü: Ruslan Nurullayev
92 kq
1/8 final: Cavidan Nuri – Kriştian Kis (Macarıstan) 5:0
1/4 final: Cavidan Nuri - Abubakar Xaslaxanov (Belarus) 1:5
Xidmetler [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu