İki həftə ərzində peyvənd təsdiqlənəcək - Dünyada ilk olacaq
Rusiya Müdafiə Nazirliyinin Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzi ilə birlikdə hazırladığı COVID-19 peyvəndi iki həftə içində təsdiqlənəcək.
Publika.az xəbər verir ki, bu iddia ABŞ-ın CNN telekanalında səsləndirilib.
Xəbərə görə, Rusiya bu təqdirdə dünyada COVID-19 peyvəndini təsdiq edən ilk ölkə olacaq. Əlavə olunub ki, ruslar peyvəndin 10 avqustdan tez hazır olması üçün sürətli şəkildə çalışır. Peyvənd etibarlı və effektiv olarsa, ilk olaraq səhiyyə işçilərinə tətbiq ediləcək.
Rusiya Milli Sərvətlər Fondunun rəhbəri Kirill Dmitriyev 1957-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dünyanın orbitinə ilk peyki yerləşdirən ölkə olmasını xatırladaraq "bu, bir Sputnik anı" sözlərini deyib: "Amerikalılar Sputnikin siqnallarını eşidəndə təəccübləndi. Peyvənddə də eynisi olacaq. Rusiya bunu bacaran ilk ölkə olacaq. Amma elm adamlarımız birinci olmaq üçün deyil, insanları qorumaq üçün çalışır".
CNN Rusiyanın layihə ilə bağlı heç bir informasiya paylaşmadığına diqqət çəkərək peyvəndin nə qədər etibarlı və effektiv olduğunun bilinmədiyini vurğulayıb.
Bəzi müşahidəçilər Rusiya elm adamlarının peyvənd üzərində işlərdə ölkənin qlobal elmi qüvvə imicini yaratmaq istəyən Kremlin siyasi təzyiqi altında olduğunu iddia edir.
CNN-in xəbərinə görə, elm adamları peyvəndin sınaqlarını 3 avqusta qədər tamamlayacaq, üçüncü mərhələdə səhiyyə işçilərini peyvəndləyəcək.
Rusiya mütəxəssisləri isə başqa xəstəliklər üçün hazırlanan peyvəndlərin modifikasiya edilmiş forması olduğu üçün bu peyvəndin böyük zaman tələb etmədiyini söyləyir.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək