İki Karapetyan Paşinyana qarşı

İki Karapetyan Paşinyana qarşıHəbsdəki milyarderin baş nazirliyə namizədliyi mümkün deyil, onun yerini baş nazir olmuş adaşı tuta bilər
"Bu yay Ermənistanda baş verən təlatümlü hadisələr yeni müxalifət hərəkatının yaradılması məsələsini aktuallaşdırıb. Yerli ekspertlər ötən ilin yazında Erməni Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Müqəddəs Mübarizə"ni (keçmiş "Vətən naminə Tavuş") əvəz edəcək daha güclü siyasi birliyin olacağını proqnozlaşdırırlar".
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, yekramas.org saytı öz təhlil yazısında belə qeyd edib.
Bildirilir ki, iyunun 18-də rusiyalı milyarder Samvel Karapetyanın hakimiyyəti ələ keçirməyə açıq çağırış ittihamı ilə həbsi ictimai-siyasi sahədəki status-kvonu əsaslı şəkildə sarsıdıb.
"Samvel Karapetyan başqa ölkənin vətəndaşı olduğu üçün rəsmi olaraq təklif olunan müxalifət siyasi birliyinin lideri ola bilməz. Milyarderin qardaşı oğlu, ESA-nın Direktorlar Şurasının sədri Narek Karapetyan "biz bu məsələ ilə bağlı açıqlamalar verəcəyik. İctimaiyyəti maraqlandıran bütün suallara cavab veriləcək", – deyib. Narek Karapetyanın özü də bir gün əvvəl Ermənistan İstintaq Komitəsinə dindirilməyə çağırılıb. "Taşir"in sahibi mütəmadi olaraq istintaq təcridxanasından vəkilləri vasitəsilə mesajlar göndərir. Onlardan birində o, siyasi qüvvə formalaşdırdığını və müxalifətin onun ətrafında birləşməsini bəyan edib". Sayt yazır ki, Samvel Karapetyanın elan etdiyi yeni hərəkatın bayrağı altında qüvvələrin birləşdirilməsi və onun özünün formalaşması çox vaxt aparacaq.
Yəqin ki, indiki mərhələdə güman edilən "fundamental yeni qüvvə"nin potensialının (kəmiyyət və keyfiyyət) spesifik parametrləri haqqında danışmaq tezdir. Ermənistan Apelyasiya Məhkəməsi Samvel Karapetyanın barəsində seçilmiş həbs-qətimkan tədbirinin qüvvədə saxlanılıb-saxlanılmaması barədə qərar qəbul edərkən Taşir rəhbərinin tərəfdarları İrəvanın mərkəzinə mitinqə toplaşıblar. Müxtəlif hesablamalara görə, etiraz aksiyasında iştirak edənlərin sayı 7500-10000 nəfər arasında olub.
Respublikanın siyasi reallığı üçün bu, nə çox, nə də azdır. Yada salmaq olar ki, 2024-cü il mayın 9-da Baqrat Srbazan İrəvanın tam mərkəzindəki Respublika meydanında təxminən 40-45 min nəfərlik mitinq toplamışdı. Ancaq bir neçə aydan sonra dəstəkçilərin sayı əhəmiyyətli dərəcədə azaldı – ən yaxşı halda mitinqlərdə 2-2,5 min iştirak edirdi. Samvel Karapetyanın yaxın çevrəsi hələ də öz sirlərini açıqlamasa da, erməni mətbuatı iddia etdi ki, Karapetyanın komandasında siyasi qüvvənin formalaşdırılması işinə artıq başlanılıb". Amma bu cür iddialar reallıqdan çox uzaq görünür. Ermənistan müxalifətinin respublika daxilində media resursları çatışmazlığı yoxdur. Üstəlik, yerli hakimiyyət opponentlərinin informasiya və təbliğat üstünlüyünə nail olmasından şikayətlənir.
Politoloq Akop Badalyan hesab edir ki, Samvel Karapetyan siyasi baxımdan deyil, resurslar baxımından kifayət qədər güclü fiqurdur. Ekspert xatırladır ki, Ermənistanda ciddi maliyyə imkanları olan birinin siyasi amilə çevrilməsi birinci dəfə deyil. Müəyyən dövrlərdə belə amil yerli iri biznesmen, Çiçəklənən Ermənistan Partiyasının (ÇİP) lideri Qaqik Tsarukyan olub. O, hələ də Ermənistan cəmiyyətində ciddi nüfuza malikdir, lakin bütün son sorğular onun reytinqinin davamlı olaraq aşağı düşdüyünü göstərir. Bu partiya vaxtilə parlamentində təmsil olunub. İndi isə o lazım olan seçki baryerini keçmir və radikal müxalifətdən uzaqlaşıb".
Erməni mediasının iddiasına görə, əhalinin təxminən 60-70 faizi heç bir siyasi qüvvəyə inanmır: "Bunu sorğular da sübut edir. İndi belə bir sual yarana bilər: Samvel Karapetyan tərəddüd edən kütlənin səslərini qazana bilərmi? Bu kütlə həqiqətən də hakimiyyət üçün ciddib riskdir."
Bildirilir ki, Paşinyanın əsas sosial dayağı kənd seçiciləridir, amma qarşıdan gələn parlament seçkilərinin nəticələrinə görə hakim partiyanın "50%+1" səs zolağına çıxması hələ illüziya olaraq qalır: "Gümrüdə cəmi 111 min seçici yaşayır, İrəvanda isə təxminən bir milyonu var və 2023-cü ilin sentyabrında keçirilən seçkilərdən sonra hakim partiya paytaxtı "ələ keçirib". Ölkədəki bütün seçicilərin təxminən 35%-i Ermənistan paytaxtında yaşayır. İstənilən halda, rəhbərliyin tərkibi açıqlananda və onun lideri meydana çıxanda "əsaslı yeni qüvvə"nin perspektivlərini qiymətləndirmək mümkün olacaq. Ermənistan müxalifəti əvvəlki parlament seçkilərində hər dəfə uğursuzluzluqla üzləşib. İkili vətəndaşlığı olan Samvel Karapetyanın özünün də bu vəzifəyə şəxsən namizədliyini irəli sürmək imkanının olmadığını nəzərə alsaq, bəzi yerli analitiklər hələ də iddia edirlər ki, uyğun namizəd tapmaq çətin olmayacaq. Bu, ya geniş ictimaiyyətə o qədər də tanınmayan şəxs ola bilər, ya da çox tanınmış biri, məsələn, respublikanın keçmiş baş naziri Karen Karapetyan…"
Xatırladaq ki, 2018-ci ilin yazında "məxməri inqilab"dan sonra Ermənistan siyasətindən uzaqlaşan Karen Karapetyan adaşının həbsi ilə bağlı artıq iki bəyanatla çıxış edib. Karen Karapetyan hesab edir ki, "Samvel Karapetyanın həbsi biabırçı, qəbuledilməz və vicdansız qərardır".
Karen Karapetyan vaxtilə eks prezident Serj Sərkisyanın "varisi" kimi görünürdü. Yeddi il Ermənistanda siyasi hadisələrin episentrindən kənarda qalıb "formasını itirmək" mümkün deyil. Üstəlik, iki Karapetyan tandeminin seçim mövqeyini müəyyənləşdirməyən 60-70%-i öz tərəflərinə çəkmək mürəkkəb görünür. Onun üstünlüyü yeni müxalifət qüvvələrinin formalaşmasına dəstək ola bilər.

Siyasi       Tarix: 13 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Rusiya mediasına Ermənistan seçkiləri ilə bağlı ŞOK təlimat

Ermənistanda keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlandıqdan sonra Rusiya kütləvi informasiya vasitələrinin (KİV) hadisəni işıqlandırma forması diqqət çəkib. Məlum olub ki, Kremlin təbliğat maşını seçki nəticələrin

Monqolustan Prezidenti Azərbaycan liderini təbrik edib

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Cənab Prezident. Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqın

Avropa İttifaqının vahid ordu ideyasına nöqtə qoyuldu

Avropa İttifaqının (Aİ) uzun illərdir müzakirə edilən vahid müdafiə ordusunun yaradılması planlarına Brüsselin ali rəhbərliyindən kəskin etiraz gəlib. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə al

Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib

İyunun 5-də İspaniya Krallığının paytaxtı Madrid şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Rusiyadan azərbaycanlıların ölümü ilə bağlı AÇIQLAMA

Moskva Azov dənizində "Natra" və "Zirkon" gəmilərində həlak olan dənizçilərin ailələrinə, dostlarına başsağlığı verir və hadisənin səbəblərini araşdırır. KONKRET.azxəbər verir ki, bunu Rusiya XİN-in rəsm

Köçəryan Azərbaycana məlumat ötürüb: 100 əsgər…

Robert Köçəryan Azərbaycan tərəfinə məlumat sızdırılmasını təşkil edib və bundan sonra təxminən 100 erməni əsgəri tələyə düşərək Azərbaycan qüvvələri tərəfindən məhv edilib. KONKRET.azxəbər verir ki, bu barədə "Minva

Tənhalığın portreti

(Yazıçı İmamverdi İsmayılovun "Labirint" povesti haqqında düşüncələrim). Şübhə yıxdı, sökdü səni. Öz içini pusan adam. Ha sağa çök, ha sola çək . Nə varsansa…. Osan, adam. Haq yolundan əl üzülsə,. İp çəkilsə -

Putin İlham Əliyevə təşəkkür etdi

Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yaxşı və səmimi olub və belə də qalır. xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin aparıcı beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə təşkil etdiyi görüşdə bildirib

Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton və Tehran nüvə sazişinin imzalanmasına çox yaxınlaşıb. xəbər verir ki, o, "NBC News" telekanalına müsahibəsində tərəflər arasında razılaşdırılmalı olan cəmi bi


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son dəqiqə son xəbərlər iqtisadiyyat xeberleri bugun en son xeberleri