İki Koreya yenidən müharibənin "eşiyi"nə gəldi: Bu dəfə əsas aktyor Kimin bacısıdır? - TƏHLİL

İki Koreya yenidən müharibənin "eşiyi"nə gəldi: Bu dəfə əsas aktyor Kimin bacısıdır? - TƏHLİLİki Koreya yenidən müharibənin "eşiyi"nə gəldi: Bu dəfə əsas aktyor Kimin bacısıdır? - TƏHLİL
Hər şey ondan başladı ki, Şimali Koreyadan qaçan mühacirlər və Cənubi koreyalı fəallar siyasi çağırışlar yazılmış broşürlərin bağlandığı şarları Şimali Koreya ərazisinə göndərdi. Bu hadisə Pxenyanda sərt etiraz doğurdu. 
Ən sərt reaksiya isə Şimali Koreyanın hazırkı dövlət başçısı Kim Çen Inın bacısı Kim Yo Cjondan gəldi. İki il əvvəl Olimpiadada iştirak etmək üçün Cənubi Koreyaya səfər edən Kim Yo Cjon bildirib ki, vəziyyət belə davam edərsə, Cənub bunun əvəzini ağır şəkildə ödəyəcək. O, cavab tədbiri kimi 2018-ci ildə iki ölkə arasında imzalanmış hərbi sahədə müqavilələrin ləğv olunmasını, Kaesong Sənaye Parkının və iki ölkə arasında birgə rabitə bürosunun bağlanmasını qeyd edib. Ardınca isə rabitə bürosu bombalanaraq dağıdılıb. Dünya mediası havaya uçurulan binanın görüntülərini yayımlayıb.
Həmçinin, rəsmi Pxenyan Kaesonq və Kumanq dağı sərhəd rayonlarına, eləcə də iki ölkənin ortaq turizm layihəsi olan Diamond bölgəsinə yenidən hərbi qüvvə yeridəcəyini bəyan edib, 2018-ci il razılaşmasından çıxaraq, sərhəd xəttində hərbi təlimləri bərpa edəcəyini açıqlayıb.
Cənubi Koreya isə vəziyyəti düzəltmək üçün siyasi fəalların sərhəddə şar uçurmağını və digər hərəkətlərini qadağan edən qanun qəbul ediləcəyini bəyan edib. Şimali Koreya ərazisinə broşür bağlanmış şar uçurmaq ənənəsi uzun illərdir ki, mövcuddur. Yalnız sərhəddə gərginlik olanda Cənubi Koreya aksiyaçıları dağıtmaq üçün polis cəlb edib. Ancaq Pxenyanın bu fəaliyyəti yasaqlamaq çağırışına Seul insan haqlarını əsas gətirərək rədd edib.
Son hadisələrdən yaranmış gərginlik isə davam edir. Mediada Şimali Koreyanın sərhədə ordu yığması haqda xəbərlər yayılır. Eyni zamanda, Cənubi Koreyanın əsas dəstəkçisi olan ABŞ hökuməti bəyan edib ki, müharibə olarsa, Cənubi Koreyanı müdafiə edəcək. 
Bu arada Pxenyan Cənubi Koreyanın elçi göndərilməsi ilə bağlı gizli təklifini açıqladıqdan sonra rədd edib. Cənubi Koreya anlaşılmazlıqları həll etmək üçün milli təhlükəsizlik direktoru və kəşfiyyatın rəisini Pxenyana danışıqlara göndərmək istəsə də, xanım Kim təklifi rədd edib. İki ölkə arasında münasibətlərin yenidən müharibə həddinə çatması prosesində üzə çıxan daha bir maraqlı məqam isə Şimali Koreyanın sərt reaksiyasının müəllifinin ölkə liderinin bacısının olmasıdır. Xanım Kim son günlərdə Cənuba qarşı sərt bəyanatların əsas müəllifidir. Yeri gəlmişkən, Kim Yo Cjon iki il əvvəl Cənubi Koreyaya səfər edərək Olimpiya oyunlarını izləyib və iki ölkə arasında başlayan sülh prosesində ön sırada olub. O zaman xanım Kimin Cənuba səfəri, Seul rəhbərliyi ilə görüşləri gündəmdə idi. 
Xatırladaq ki, 2017-ci ildə ABŞ və Şimali Koreya müharibə astanasına gəldikdən sonra Prezident Trampın cəhdləri ilə Pxenyan və Vaşinqton arasında sülh prosesinə start verilib. Bunun nəticəsi olaraq, 2019-cu il iyunun 30-da iki Koreyanın sərhəd xəttində Tramp və Kim Çen In arasında tarixi görüş baş tutmuşdu. Hətta Şimali Koreya nüvə sınaq mərkəzlərini ləğv etdiyini bildirmişdi. Lakin bu ilin yanvarında gözlənilmədən Şimali Koreya ABŞ-la danışıqları dayandırdığını bəyan edib. Buna səbəb kimi ABŞ-ın öhdəlikləri yerinə yetirməməsini göstərib. 
Bu ilin yazında isə gözlənilmədən Kim Çen In yoxa çıxması və ağır xəstəlikdən müalicə olunduğu, hətta ölüm xəbərlərinin yayılması Şimali Koreya ətrafında müəmmaları artırıb. Kim daha sonra üzə çıxsa da, son zamanlar siyasətdə bacısı daha öndə görünür. Buna görə də bir çoxları hazırkı Şimali Koreya liderinin ciddi xəstəliyinin olduğu və bacısının onu əvəz edə biləcəyi ehtimallarından danışır. Son hadisələr zamanı liderin bacısının irəli çıxması bir mənada onun siyasi varis olması və hakimiyyətə hazırlaşması ehtimalını gücləndirir.
Hələlik isə iki ölkə arasında "körpülərin yandırıldığı" görüntüsü var. Şimalın sərt təhdidlərinə cavab olaraq, Cənubi Koreya ordusu komandanlığı hərbsizləşdirilmiş zonaya ordu yeridiləcəyi təqdirdə cavab addımları atılacağını, Şimali Koreyanın əvəzini ödəməli olacağını bəyan edib.
Məsələ ondadır ki, Şimali Koreyanın havaya uçurduğu Kaesong rabitə mərkəzi Koreya yarımadasının faktiki olaraq ikiyə bölündüyü 1945-ci ildən bu yana qurulan ilk belə mərkəz idi.
2018-ci ildən bu yana fəaliyyət göstərən binadan Şimali Koreya hərbçiləri bu ilin yanvarında çəkilib. Yaranmış vəziyyətin müharibəyə çevrilib-çevrilməyəcəyini demək çətindir. Bunu zaman göstərəcək. Lakin bir şey məlumdur ki, iki ölkənin addım-addım qurduqları yumşalma və barışıq "divarı" yenidən uçuruldu. "Divar"ın yenidən qurulması isə zaman alacaq. 
Rəşad Quliyev /oxu.az

Siyasi       Tarix: 18 iyun 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


son xeberler azerbaycan xeberleri yeni xeberler sou biznes son xabarlar ən son xəbərlər xeber.az son xeberler