İkinci Dünya müharibəsindən sonra ən böyük silahlı qarşıdurma: Ukraynada nə baş verir?
Dörd il əvvəl Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladı. Müharibə Kiyev, Xarkov, Odessa və digər şəhərlərin bombalanması ilə start götürdü. Rəsmi Moskva bunu "xüsusi hərbi əməliyyat" adlandırsa da, proses qısa müddətdə Avropada İkinci Dünya müharibəsindən sonra ən böyük silahlı qarşıdurmaya çevrildi.
KONKRET.az xəbər verir ki, aradan keçən dörd il ərzində bir çox "psixoloji hədd" və simvolik tarixlər geridə qalıb. Müharibənin ilk günlərində Rusiyanın "ildırımsürətli əməliyyat" planlaşdırdığı, "Kiyev üç günə" kimi iddiaların səsləndirildiyi xatırlanır. Həmin vaxt bir çoxları Rusiyanın sürətli qələbə qazanacağını proqnozlaşdırırdı. Lakin hadisələrin gedişi fərqli oldu: Ukrayna ordusunun müqaviməti gözləniləndən güclü çıxdı, Qərb ölkələri isə Kiyevə hərbi və maliyyə dəstəyini artırdı.
Bu gün cəbhə xəttində vəziyyət tez-tez dəyişsə də, müharibənin nəticələri yalnız xəritədəki oxlarla ölçülmür. Ukrayna dörd il ərzində ordusunu yenidən qurmağa, hərbi-sənaye kompleksini inkişaf etdirməyə nail olub. Xüsusilə pilotsuz uçuş aparatlarının yeni modifikasiyaları döyüş meydanında geniş tətbiq olunur.
Ekspertlər artıq müasir müharibə taktikası və strategiyasında ciddi dəyişikliklərin baş verdiyini bildirir, zirehli texnikanın əvvəlki rolunun sual altına düşdüyünü qeyd edirlər.
Ukrayna xüsusi xidmət orqanlarının Rusiya ərazisinin dərinliklərində həyata keçirdiyi əməliyyatlar, hərbi və enerji infrastrukturuna endirilən zərbələr də diqqət çəkir. Rusiya isə əsasən kütləvi hücum taktikasına üstünlük verir. Analitiklərin fikrincə, tərəflər arasında yanaşma fərqi açıq şəkildə görünür.
Müharibənin siyasi və iqtisadi nəticələri də getdikcə daha aydın hiss olunur. 2014-cü ildən başlayan qarşıdurma dövründə Rusiya Avropanın enerji bazarında mühüm mövqeyə malik idi. Bu gün isə Avropa ölkələri alternativ mənbələrə yönəlib, Rusiyanın enerji ixracından əldə etdiyi gəlirlər azalıb. Sanksiyalar uzunmüddətli təsir göstərməkdə davam edir və iqtisadi təzyiq tədricən dərinləşir. Sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, hətta Moskvada belə xidmət və əyləncə sektorunda gəlirlər azalır ki, bu da əhalinin alıcılıq qabiliyyətinin zəifləməsinə işarə kimi qiymətləndirilir.
Eyni zamanda, Rusiyanın Qərbdə və postsovet məkanında formalaşdırdığı təsir mexanizmlərinin də zəiflədiyi bildirilir. Ölkənin beynəlxalq imici son illərdə ciddi zərbə alıb və bir sıra dövlətlər Moskva ilə münasibətlərinə yenidən baxmağa başlayıblar.
Dörd ilin yekunları göstərir ki, müharibə yalnız cəbhə xəttində deyil, siyasi, iqtisadi və geosiyasi müstəvidə də dərin dəyişikliklərə səbəb olub. Qarşıdurmanın gələcək inkişaf trayektoriyası isə hələ də qeyri-müəyyən olaraq qalır.
Müşviq Tofiqoğlu
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü