İkisinə birdən sahib olmaq mümkün deyil, birini seçəcəksən - Arıqlamağın qızıl qaydaları

İkisinə birdən sahib olmaq mümkün deyil, birini seçəcəksən - Arıqlamağın qızıl qaydalarıİmarət_Cəlilqızı, filoloq
Əgər istəyirsən şux, gözəl qamət,
gərəkdir menyudan çıxsın yağlı ət.
(köhnə və əbədi mövzu yeni interpretasiyada):
Ön söz:
Dünən bir məclisdə çox məlahətli, istiqanlı bir xanımla qarşılaşdım. Tanış olub xeyli söhbət etdik. Mədəni, məlumatlı, normal üz cizgiləri, normal boyu, gözəl təbəssümü olan xoş bir xanımdır. Amma çəkisi normadan xeyli artıqdır. Bu yazını yazmağımın səbəbkarı o oldu.
Qastroplastika (mədə kiçiltmə) əməliyyatına girən şəxslərə bir az təəccüb edirəm. Düzdür, bu sözlərinə görə adamı qınaya bilərlər ki, "kotan nə bilir, qayış nə çəkir". Anlayıram. Bununla belə mən artıq çəki problemini həll etməkdən ötrü cərrahi əməliyyatdansa  zərərsiz və təbii yolun seçilməsinin tərəfdarıyam.
Hər şeydən əvvəl düşünək: artıq çəkisi olan şəxsi ağır, təhlükəli, nətıcəsi qeyri-müəyyən bir cərrahiyyə əməliyyatına sövq edən səbəb nədir? Ümumi şəkildə desək, gözəl qamətə, mütənasib bədən quruluşuna, yaraşıqlı zahiri görkəmə sahib olmaq, bir sözlə, gözəlləşmək istəyi. Bəs o nə üçün gözəlləşmək arzusundadır? Aydın məsələdir: ona görə ki, o öz gözəlliyindən məmnun olmaq, ləzzət almaq istəyir (normal istəkdir: kim istəməz ki, görünüşü  gözəl, yaraşıqlı, xoşagələn olsun?!). Bəs buna mane  olan nədir?  Hər şeydən əvvəl, əlbəttə ki, cürbəcür təamlar! O təamlar ki, adamlar onları yeyərkən ləzzət alırlar. Belə təamlar da hələ milli mətbəximizdə, maşallah, nə qədər istəsən: cürbəcür plovlar, dolmalar (30-dan çox növü var!..), kabablar, xəngəllər, piti, bozbaş, küftə, düşbərə, qutab… Hələ şirniyyatları sadalamırıq, hələ bir ay davam edən Novruz mərasimlərində hazırlanan çeşid-çeşid ləziz təamların siyahısını yazmırıq…
Budur, qarşıda iki ləzzət mənbəyi var. İkisinə birdən sahib olmaq mümkün deyil. Birinin xatirinə digərindən imtina etmək lazımdır. Hansını seçirsiniz? İkincini seçirsinizsə, ta  deyiləcək əlavə söz qalmır. Birincini seçirsinizsə, onda bu seçimdən əvvəl bir neçə daha vacib seçim etmək lazım gələcək:
Səbirli olmaq. Bunu seçməyi bacarsaq, qalan işlər xeyli asanlaşacaq. Doğrudur, səbirli olmaq çətindir. Amma cəfa çəkməsək, arzusunda olduğumuz gözəlliklərə çata bilmərik. Özümüzə səbirli olmağa dair söz verdikmi, işin yarısı görüldü sanki.
İkinci mühüm məsələ: özümüzü bütünlüklə çəki azaltmaq fikrinə kökləməmək: əvvəlki kimi həyatdan mümkün qədər mənalı zövq almağa çalışaraq yaşamaqda davam edəcəyik, amma yemək mərhələsində, əlbəttə, gərək xatırlayaq ki, mümkün qədər az, üstəlik, bəzi çox ləzzətli, yağlı (bir yeyimcil dostun ifadəsi ilə desək, "ətdi-soğannı") təamlardan imtina etməyə özümüzdə güc tapmalıyıq.
Üçüncü mühüm məsələ: hərəkət etmək. Növünü seçmək öz ixtiyarımızdadır. Qaçmaq, yerimək, rəqs etmək, aerobika, gimnastika, velosiped sürmək, … – hansını bacarırıq, onu seçirik.
Bütün proses boyu davam etməli olan ən mühüm məsələ: su içmək. Hər gün səhər acqarına təmiz, ilıq (soyuq olmaz), çiy su içmək və gün ərzində  də  az- az olmaqla çiy su içməyi davam etdirmək. Bizim xarici əzalarımız kimi, daxili orqanlarımızın da yuyunmaq, təravətlənmək, necə deyərlər, "duş qəbul etmək" ehtiyacı var, həm də daha çox.
Nəhayət, çox mühüm olan daha bir şərt: həyat tərzimizi şərtlərə uyğun dəyişdirməyi qərara almışıqsa, ona ciddi və arasıkəsilmədən, müntəzəm şəkildə əməl etməliyik, əks halda məqsəd uğrundakı cəhdlər arzu edilən nəticəni verməyəcəkdir.
Şübhə etmək, müzakirə və istehza etmək, tərəddüd əvəzinə sadəcə yoxlayaq. Tapa biləcəyimiz çox şey olacaq, itirəcəyimiz isə artıq çəki.
O yaraşıqlı qədd-qamətə, o sevimli, o incə-mincə, o nərmənazik gözəlliyə  (və eyni zamanda sağlamlığa) qovuşmaq yolunda hamınıza uğur olsun, ay totuş-potuşlar!
İmarət Cəlilqızı,
KONKRET.az

Sağlamlıq       Tarix: 01 mart 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 xəbər az en son xeber cebheden xeber