İkitərəfli münasibətlərin inkişafında yeni mərhələ və Rəisinin son töhfəsi

İkitərəfli münasibətlərin inkişafında yeni mərhələ və Rəisinin son töhfəsiAzərbaycan və İran prezidentlərinin işğaldan azad edilən Cəbrayıl rayonunda keçirilən son görüşü iki ölkə arasında münasibətlərin inkişafında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Cəbrayıl görüşü zamanı hər iki dövlət başçısının verdiyi yüksək mesajlar, münasibətlərin gələcək inkişafı ilə bağlı söylədiyi fikirlər iki qonşu dövlət arasındakı "buzları əritdi".
Regionları birləşdirən əsas nəqliyyat-tranzit marşrutu - Ağbənd yolunun istismara verilməsi, buradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınmasının həyata keçirilməsi, qarşıdakı dövrdə dəmir yolunun da çəkilməsinin nəzərdə tutulması, Azərbaycanın İrandakı səfirliyinə məlum hücumu törədən şəxsin cəzalandırılması fonunda diplomatik nümayəndəliyin gələn ay yenidən fəaliyyətini davam etdirməsi gələcək münasibətlərin inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Eləcə də işğaldan azad edilən torpaqlarımızın regionun inkişafına verdiyi misilsiz töhfənin nəticəsidir.
Görüş zamanı hər iki prezidentin söylədiyi fikirlər də diqqətdən yayınmır. İlham Əliyevin "Bugünkü görüş və mərasim İran-Azərbaycan əlaqələrinin tarixində gözəl, parlaq səhifə kimi qalacaq. Çünki bu gün açılışını edəcəyimiz layihə həm texniki nöqteyi-nəzərdən çox önəmlidir, eyni zamanda, iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək" bəyanatına iranlı həmkarının "Çox xoşbəxtəm ki, Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev ilə yenə də bir daha yaxından görüşürük və birgə müzakirəmizi yenidən nəzərdən keçiririk. Böyük xoşbəxtlik ondan ibarətdir ki, bu görüş bir yerdə baş tutur, burada böyük bir layihə həyata keçirilib və bu, iki xalq üçün çox uğurlu bir görüşdür. Hazırda biz istismara verilməsi iki xalq və iki dövlət üçün çox əhəmiyyət kəsb edən bir layihənin açılışında iştirak edirik" açıqlaması ikitərəfli münasibətlərin inkişafı istiqamətində birgə siyasi iradənin nümayişi idi.
İran prezidenti  Seyid İbrahim Rəisinin və digər dövlət məmurlarının qəzaya uğraması, qəza nəticəsində həyatlarını itirməsi İranda olduğu kimi, dost Azərbaycanda da dərin kədər hissi ilə qarşılandı. Prezident İlham Əliyev hadisəyə reaksiya verən ilk dövlət başçısı olaraq öz dəstəyini İrana təklif etdi. Rəsmi Tehranın da bildirdiyi kimi, sırf texniki səbəblərdən baş verən və İbrahim Rəisi də daxil olmaqla, yüksək rütbəli İran rəsmilərinin həlak olması ilə nəticələnən bu hadisədən sonra ilk başsağlığı verən dövlət başçılarından biri də İlham Əliyev oldu. Ermənistanın Azərbaycan-İran əlaqələrinin inkişafına mane olmaq cəhdləri, bəzi hallarda isə təəssüf ki, buna nail olması fonunda hər iki ölkə rəhbərinin səmimi həmrəylik çağırışları sonrası belə bir hadisənin baş verməsi dərin məyusluq doğurur. Şübhəsiz ki, İran hökuməti hadisənin hansı zəmində və necə baş verdiyini dəqiq bilir və bəzi təxribatçı qüvvələrin "suyu bulandırmaq" cəhdləri nəticəsiz qalacaq.
1960-cı ildə Məşhəd doğumlu İbrahim Rəisi dövlət başçısı seçilənə qədər uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb və Tehranın baş prokuroru vəzifəsinə qədər yüksəlib. 1964-cü ildə İranın Damqan şəhərində anadan olan xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan bu təyinatadək İranın Xarici Siyasət İdarəsi rəhbərinin müavini olub və ölkəsini nüvə danışıqlarında təmsil edib. Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də İranda xüsusi nüfuz sahibi olublar.
Heç şübhəsiz ki, sağlam təməllər üzərində qurulan və İranla kitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət qarşıdakı dövrdə də uğurla davam edəcək. 
Allah rəhmət eləsin!
Müəllif: Azər Niftiyev / azxeber.com

Siyasi       Tarix: 20 may 2024
f Paylaş

Oxşar xəbərlər

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını


azerbaycan xeberleri yeni xeberler son xeberler en sonxeber cəbhədən video son xeber 2026 maşın realiti şou