İldə iki dəfə İİV müayinəsindən keçmək lazımdır
İV/QİÇS infeksiyası ilə mübarizədə ən əsas şərt profilaktik tədbirlərin həyata keçirilməsidir. Profilaktika hər zaman müalicədən daha üstündür. Riskli davranışlardan çəkinmək, pis vərdişlərdən uzaq olmaq, gigiyenik qaydalara əməl etmək və xəstəliklə bağlı maariflənməklə İİV-ə yoluxmadan qoruna bilərik.
KONKRET.az bildirir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova deyib.
O, tövsiyə edib ki, hər bir şəxs yoluxma şübhəsindən asılı olmayaraq, ən azı ildə iki dəfə İİV müayinəsindən keçsin. Müayinələr Respublika QİÇS-lə Mübarizə Mərkəzində və regional laboratoriyalarda anonim qaydada və ödənişsiz olaraq həyata keçirilir.
Eyni zamanda, müayinədən keçən şəxslər üçün mərkəzin mütəxəssisləri tərəfindən ödənişsiz konsultasiya aparılır, xəstəliyə yoluxma yolları izah olunur, pre və postkontakt profilaktika barədə məlumatlar verilir. Əgər bir şəxsin İİV-ə yoluxma şübhəsi varsa, müayinələrdən keçdikdən sonra yoluxma riski mütəxəssis tərəfindən qiymətləndirilir. Həmin şəxsə 72 saatdan gec olmayaraq postkontakt profilaktika təyin olunur.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı