İlham Əliyev Almaniyaya səfər edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri nəzərdə tutulur.
KONKRET.az xəbər verir ki, planlaşdırılan bu səfər təkcə iki ölkə arasında növbəti diplomatik təmas deyil, dəyişən qlobal geosiyasi reallıqlar kontekstində Avropanın və xüsusilə onun iqtisadi lokomotivi olan Almaniyanın Cənubi Qafqaza baxışındakı köklü transformasiyanın əyani təzahürüdür.
Qlobal böhranlar, logistik qırılmalar və enerji təhlükəsizliyi çağırışları fonunda Berlin və Bakı arasında qurulan bu ali səviyyəli dialoq tərəfdaşlıq münasibətlərini keyfiyyətcə yeni bir mərhələyə daşıyır.
Öz növbəsində, Almaniya hökumətinin sözçüsü Stefan Korneliusun sözlərinə görə, Almaniya kansleri Fridrix Merts Azərbaycan Prezidenti İlham Əliyevi 21 iyul çərşənbə axşamı günü qəbul edəcək. Rəsmi qarşılanma mərasimi saat 12:00-da (Bakı vaxtı ilə saat 14:00) Federal Kansler Aparatında keçiriləcək.
Qeyd olunur ki, qarşıdan gələn danışıqlar enerji və xammal, Azərbaycan və Ermənistan arasında regional sülh prosesi və beynəlxalq təhlükəsizlik siyasəti mövzularına yönələcək.
Görüşdən sonra birgə mətbuat konfransı planlaşdırılır. Azərtac

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Mərkəzi Banka yeni səlahiyyət verilir