İlham Əliyev: 'Azərbaycan Ərəb dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verir
"Azərbaycan Ərəb dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verir".
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşündə bildirib.
Dövlət başçısı İraq Prezidentinə ölkəmizə səfər etdiyinə görə təşəkkürünü bildirib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başa çatmaq ərəfəsində olduğunu qeyd edən Prezident İlham Əliyev sədrlik dövründə ölkəmizin Hərəkatın inkişafı naminə səylərini əsirgəmədiyini, onun təsisatlanması ilə bağlı bir sıra təşəbbüslər irəli sürdüyünü bildirib, bu xüsusda Hərəkatın parlament və gənclər şəbəkəsinin yaradılmasını qeyd edib. Dövlət başçısı Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının 3-cü Zirvə toplantısının da ölkəmizdə keçirildiyini vurğulayıb.
Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilmiş Sammitində iştirakını məmnunluqla xatırladıb, Azərbaycanın Ərəb dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib.
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir