İlham Əliyev Azərbaycan həqiqətlərini bir daha dünyanın diqqətinə çatdırdı

İlham Əliyev Azərbaycan həqiqətlərini bir daha dünyanın diqqətinə çatdırdıAzərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışında regionda yaranan vəziyyətlə bağlı bir sıra əsas məsələləri diqqətə çatdırıb.  Ölkə rəhbəri  nitqinin əvvəlində Azərbaycanın ərazilərinin işğal dövründə bu mövzunu MDB çərçivəsində heç vaxt müzakirəyə çıxarmadığını bir daha xatırladaraq, bunun səbəbini münaqişənin nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğul olması ilə əlaqələndirib. Prezident İlham Əliyev daha sonra  Minsk qrupunun 28 illik fəaliyyətinin heç bir nəticə vermədiyini, indi göründüyü kimi, bu qurumun başlıca vəzifəsinin münaqişənin nizamlanması, deyil, onun dondurulması məqsədi daşıdığını vurğulayıb. "Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib", -deyə Azərbaycan lideri bildirib. 
Yeri gəlmişkən, Ermənistan-Azərbaycan münaqişənin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunan ATƏT-n Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində dövlətimizin başçısının vurğuladığı kimi, məsələnin həllinə yox, dondurulmasına çalışıb və bununla da uzun bir dövrdə aparılan danışıqlar nəticəsiz qalıb. Həm işğalçıya, həm də işğala məruz qalan tərəfə eyni münasibət bəslənilib və beynəlxalq qətnamələr kağız üzərində saxlanılıb. Məsuliyyətli ölkə olaraq Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışıb. Digər bir mötəbər beynəlxalq təşkilat olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirib, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənib. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra olunmayıb.
Beləliklə, cəzasızlığı görən Ermənistan isə daha da irəli gedərək, Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyib, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atıb.  
Prezidenti İlham Əliyev çıxışında münaqişədən sonrakı vəziyyətə toxunaraq, bununla bağlı həmkarlarımı son dövrlər ərzində baş verənlərlə bağlı məlumatlandırıb. "Sentyabrda - demək olar bir ay bundan əvvəl Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri bəllidir – Azərbaycana münasibətdə terror, ilk növbədə, mina terroru və snayper terroru davam edir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Eyni zamanda, bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yollar minalanıb...".
Bəli, bu gün Ermənistan siyasi rəhbərliyinin həmin hadisəyə öz mənafeyi baxımından şərh verməsinə baxmayaraq, silahlı toqquşmada əsas günahkar işğalçı tərəf olub. Bəzilərinin hesab etdiyi kimi, Azərbaycan Ermənistan ərazisininin bir qarışını belə ələ keçirmək niyyəti güdməyib. Bunu həmin hadisənin nəticəsi də aydın göstərib. Belə ki, Azərbaycan sözügedən erməni təxribatından sonra nə bir şəhəri, nə də bir kəndi işğal etməyib.   Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar dayandırılıb.  
Yuxarıda xatırladılan hadisə ilə bağlı onu da deyək ki, Azərbaycan bu silahlı təxribatı cavabsız qoymayıb.  Ərazi bütövlüyümüzə təhlükəni neytrallaşdırmaq, hərbi qulluqçuların, habelə   şərti dövlət sərhədinin yaxınlığında həyata keçirilən bərpa layihələrinin icrasında iştirak edən mülki şəxslərin təhlükəsizliyi üçün adekvat addımlar atıb.  Özü də bu zaman Ermənistanın provokasiyalarına cavab tədbirləri məhdud xarakter daşıyıb və ancaq legitim hərbi hədəflərə yönəlib. 
Belə bir şəraitdə Ermənistan həmişə olduğu kimi, yenə də öz fitnəkarlığını pərdələmək üçün davamlı dezinformasiya yaymağa üstünlük verib. İşğalçı ölkədə həyasızlıq o həddə çatıb ki,  erməni sosial şəbəkələrində Ermənistan ərazisində məhv edilən mülki obyektlərin foto-şəkilləri yerləşdirilib. Əslində isə həmin "faktlar" 2020-ci ilin payızında Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin raket zərbələri ilə dağıdılan Azərbaycan mülki obyektlərinin, xüsusən şiddətli raket atəşinə məruz qalan Bərdə şəhərinin fotoşəkilləri olub. 
Prezident İlham Əliyev çıxışında postmünaqişə vəziyyətinin digər aspektlərinə, məsələn, azad edilmiş ərazilərin bərpası məsələsinə də toxunub. Ölkə rəhbəri Qarabağ və ətraf ərazilərin-kənd və şəhərlərin  işğal dövründə yerlə bir edildiyini, bu torpaqlarda demək olar ki, bir salamat bina qalmadığını, 67 məsciddən 65-nin dağıdıldığını diqqətə çatdırıb. Dövlət başçısı bütün bunların isə Azərbaycan xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verdiyini vurğulayıb.  
Azərbaycan lideri çıxışında ölkəmizin haqq mübarizəsindən dərhal sonra Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu, bu istiqamətdə fəal iştirak etdiyini, predmetli danışıqların aparılmasını qarşıya əsas məqsəd kimi qoyduğunu, lakin buna baxmayaraq, işğalçı ölkənin bu prosesə o qədər də maraq göstərmədiyini diqqətə çatdırıb. 
Şirincan Məmmədli, "Tərəqqi" medalı təltifçisi / azxeber.com

Siyasi       Tarix: 18 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda amerikalı iqtisadçı, professor Ceffri Saksla görüşüb. xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X"

Azərbaycanla daha bir ölkə viza rejimini ləğv edir

Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir. İordaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, müvafiq sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramo

Paşinyandan yeni konstitusiya ilə bağlı - Açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bir daha bəyan edib. KONKRET.azxəbər verir ki, Paşinyan bu haqda Konstitusiya Günü münasibətilə xalqa müraciətində danışıb. O bildirib ki

NATO-nun Ankara sammiti: Dünyanın təhlükəsizlik xəritəsi yenidən cızılır

"7–8 iyul tarixlərində keçiriləcək NATO-nun dövlət və hökumət başçılarının 36-cı sammiti yalnız növbəti siyasi toplantı deyil, həm də Alyansın gələcək onilliklər üçün təhlükəsizlik strategiyasını müəyyənləşdirəcək qərarları

Azərbaycan Rusiyaya NOTA VERDİ

Rusiya səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı iyulun 5-də axşam saatlarında Ukraynanın Mikolayi

Baqrat Qalstanyan Paşinyanı məhkəməyə verdi – erməni jurnalistdən sərt ittihamlar

Ermənistan Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyan barəsində məhkəməyə müraciət edib. Datalex məhkəmə informasiya sistemində yerləşdirilən məlumata görə, arxiyepiskop baş nazirin iyunu

Azərbaycan XİN ABŞ-ni təbrik etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni Müstəqillik Günü və Birləşmiş Ştatların 250 illiyi münasibətilə təbrik edib. Bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Amerika Birləşmiş Ştatlar

Trampı Ankarada Ərdoğan qarşıladı

ABŞ Prezidenti Donald Tramp NATO sammitində iştirak etmək üçün Ankarada səfərdədir. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. ABŞ liderini hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Qey

Paşinyan təcili Rusiyaya gedir - Nə baş verir?

Ermənistanın Baş naziri Nikol Paşinyan 6–9 iyul tarixlərində Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək beynəlxalq sənaye sərgisi "İnnprom-2026" tədbirində iştirak edəcək. xəbər verir ki, Erməni KİV-lərinin yaydığ


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler en son xeberler hava durumu hava haqqinda