İlham Əliyev: 'Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir
"Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Müstəqillik dövründə əhalimiz 7 milyondan 10 milyona çatıb. Bu, ölkədə gedən müsbət meyillərin təzahürüdür, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür".
azxeber.com xəbər verir ki, bunu Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində deyib.
"Əlbəttə ki, bizdə bütün sahələrdə olan potensial bu demoqrafik artıma uyğun olmalıdır. Eyni zamanda, ölkə iqtisadiyyatı artır, sənaye potensialı artır. Keçən il biz xalqımızı gözəl göstəricilərlə sevindirə bildik. Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb. Yanvar ayının ilk yekunları mənə bu günlərdə məruzə edildi. Nəticələr daha da ümidvericidir. İqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. Bu da rekord göstəricidir. Yəni, bu onu göstərir ki, müsbət dinamika bu il də təmin ediləcək. Yanvar ayı ilin başlanğıcıdır. Dünyanın istənilən ölkəsində yanvar ayında iqtisadi artım templəri adətən o qədər güclü olmur, o cümlədən Azərbaycanda. Amma qeyd etdiyim bu göstəricilər, necə deyərlər, özlüyündə bir nəticədir", - Prezident vurğulayıb.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var