"İlham Əliyev Azərbaycanın son 20 ildəki dəyişikliklərinin memarıdır" - "Haber Global"

Türkiyənin "Haber Qlobal" telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin ilk dəfə ölkə başçısı seçilməsinin 20 illiyi münasibətilə süjet hazırlayıb.
KONKRET.az xəbər verir ki, süjetdə Ulu Öndər Heydər Əliyevin irsinə sahib çıxmış, 30 illik Qarabağ həsrətini sona çatdırmış Prezident İlham Əliyevin Azərbaycanın beynəlxalq arenada qlobal rolunu gücləndirməsi xüsusi vurğulanır.
Qeyd edilir ki, İlham Əliyev təkcə Ali Baş Komandan kimi meydanda qələbə qazanmayıb. O, diplomatik qələbələr də qazanıb. Prezident Ermənistan lideri Nikol Paşinyanı "Qarabağ Azərbaycandır" deməyə vadar edib.
Süjetdə deyilir ki, İlham Əliyev Azərbaycanın xarici siyasətini yenidən formalaşdırdı. O, ölkəsinin coğrafi mövqeyini müsbət ssenarilərin həyata keçirildiyi məkana çevirdi. Qitələrarası iqtisadi-coğrafi körpü rolunu oynayan Azərbaycan hazırda qlobal siyasi səhnədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən mühüm aktordur. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq iki ölkə arasındakı münasibətlərin daimi və daim möhkəmlənən xarakterinə çevrilib.
Bununla yanaşı, İlham Əliyevin Azərbaycanın iqtisadi inkişafı üçün göstərdiyi səylər, Azərbaycan Avrasiya enerji bazarında istehsalçı, tranzit və istehlakçı mövqeyini möhkəmləndirməsi süjetdə öz əksini tapıb:
"İlham Əliyev Azərbaycanın son 20 ildəki dəyişikliklərinin memarıdır. O, ölkəsini gücləndirmək üçün lazım olan hər addımı atıb. İlham Əliyev bütün uğurları əldə etmək üçün güclü iqtisadiyyata arxalanır. İndi regionda yeni geosiyasi reallıq yaranıb. Bu reallığın memarı olan Azərbaycan İlham Əliyev idarəçiliyi əsasında Türkiyə ilə əl-ələ verərək daimi sülh və sabitliyin əsaslarını qoyur".

Siyasi       Tarix: 15 oktyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 azerbaycan cəbhədən son görüntülər ən son xeberler cəbhədən şad xəbər